ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 9/8/2022 Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir
Nazir ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvləri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər və s. barədə ətraflı məlumat verib.
- 9/8/2022 Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.
- 9/8/2022 DOST Agentliyinin yaradılmasından 4 il ötür
Bu gün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) 4 yaşı tamam olur. DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli 229 nömrəli Fərmanı ilə yaradılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidmətləri bir pəncərədən, şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur.
- 8/8/2022 Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər
Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir.
- 6/8/2022 Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi 4 avqust 2022-ci il tarixində bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olan ekstremist qrupun üzvləri vandalizm aktı törətmiş, Azərbaycan Respublikasının bayrağını təhqir etmiş, öz bayarqlarını səfirliyin eyvanından asaraq radikal dini şüarlar səsləndirmişlər.
- 6/8/2022 “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika sının 2021-ci il 23 aprel tarixli 295-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1366 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- 6/8/2022 “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Veteranlar haqqında” Azərbayca n Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 296-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1365 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- 5/8/2022 Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO
https://video.azertag.az/site/video/149855
Masallı “ASAN Həyat” Kompleksində dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi keçirilib.
- 4/8/2022 Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib
Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək. Həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb.
- 4/8/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 3/8/2022 QHT sədrinə ağır itgi.
Əlil Təşkilatları İttifaqının kollektivi Sosial Hüquqların Araşdırması İctimai Birliyinin sədri, İttifaqın üzvü, professor Mayis Əliyevin qardaşı Vüqar Əliyevin fəfatı ilə əlaqədar kədərləndiklərini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.
- 3/8/2022 Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
- 2/8/2022 Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
- 2/8/2022 Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı
Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.