23 Avqust 2019-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

21/8/2018 Sosial xidmət müəssisəsində əlilliyi olan uşaqlarla görüş olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib. 

  

Daha ətraflı

21/8/2018 Sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub

Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub. Qurban bayramı münasibəti ilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.  

Daha ətraflı

20/8/2018 Əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

Əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.  

Daha ətraflı

20/8/2018 Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir

 “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib.  

Daha ətraflı

18/8/2018 Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubiley tədbirlərində iştirak

Avqustun 16-17 – də  Moskva şəhərində Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubileyi keçirilmişdir. Yubiley tədbirlərində ÜƏC-in regionnal,  federal, mərkəzi orqanlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin 200 – yüzdən çox nümayəndəsi iştirak etmişdir. Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti, Beynəlxal Əlil Təşkilatlarının MDB regional bölməsinin sədri Davud Rəhimli Azərbaycanı təmsil etmişdir.   

Daha ətraflı

13/8/2018 Abşeron İƏRM-in fəaliyyəti davam edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron rayonunda həyata keçirtdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”  adlı  layihəsinin  müddəti müqaviləyə əsasən cari ilin avqust ayının 16-da  bitməsinə baxmayaraq,  

Daha ətraflı

13/8/2018 DOST Agentliyi və mərkəzlərinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat)  Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.  

Daha ətraflı

9/8/2018 Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:  

Daha ətraflı

9/8/2018 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib.

Onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib.

 

Daha ətraflı

9/8/2018 Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili

Layihə rəhbəri, Vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında ətraflı məlumat verərək dövlətin əlillərə qayğısından danışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sağlamlıq imkanları məhdud insanların sosial məsələlərinin həllini daim diqqətdə saxladığını,   

Daha ətraflı

9/8/2018 İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək.  

Daha ətraflı

7/8/2018 Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır

Hazırda qurulmaqda olan məşğulluq  portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. Bu, hər hansı vətəndaş işdən azad olunduğu, yəni onunla əmək müqaviləsinə xitam verildiyi anda artıq işaxtaran vətəndaş kimi məşğulluq portalında dərhal qeydə alınmasına və vakant vəzifənin təqdim olunmasına imkan verəcək.   

Daha ətraflı

6/8/2018 İŞÇİ QRUPA ÜMİDLƏR ÇOXDUR. ƏLİLLİYİN TƏYİN OLUNMASI. ƏN ÇOX ŞİKAYƏT OLUNAN SAHƏ, YA HƏKİMLƏR BACARIQSIZDIRLAR, YA SİSTEM DÜZGÜN QURULMAYIB, YA DA BAŞQA MARAQLAR VAR.

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin nazirlik qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq həyata keçirilən islahatların mühüm bir istiqaməti əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin tam şəffaflaşdırılmasına yönəlib. 

 

Daha ətraflı

4/8/2018 Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı sentyabr ayında dərc ediləcək

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası   

Daha ətraflı

3/8/2018 “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi layihəyə yekun vurdu

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının  Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibə əlil-veteranları və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlərin keçirilməsi” adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki,   

Daha ətraflı




Flag Counter






» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”