ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 20/7/2022 Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb
Qonaqlar 1 saylı DOST mərkəzilə tanış edilib, onlara xidmət prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə icra olunmağa başlanmışdır.
- 20/7/2022 Gözdən əlilliyi olan şəxslərin sosial təminatı gücləndirilir
Həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial təminatı ilə bağlı işlər davamlı olaraq aparılır. Gözdən əlilliyi olan vətəndaşların reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
- 20/7/2022 Nazir Sahil Babayev: Postmüharibə dövründə qazilərimizin reabilitasiyasına ciddi önəm verilib
Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib. Bunu nazir Sahil Babayev mediaya müsahibəsində bildirib.
- 19/7/2022 Agentlik 2022-ci il kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
- 19/7/2022 Gözdən əlilliyi olan 50 nəfərə sosial reabilitasiya və bərpa xidmətləri göstərilib
Bu ilin ilk altı ayında Sosial Xidmətlər Agentliyinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində 20-yə yaxın gözdən əlilə sosial xidmətlər göstərilib. Şöbə 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Müəssisəyə görmə üzrə əlilliyi olan şəxslər stasionar və yarımstasionar formada qəbul olunur.
- 19/7/2022 Böyük qayıdışın ilk iştirakçıları olan Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri hazırlanıb
Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı və firavan yaşaması üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə işlər görülür.
- 18/7/2022 Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
https://www.youtube.com/watch?v=065BdN3Q3rU
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.
- 18/7/2022 “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”nın təlimçiləri məlum oldu
Məlumat verdildiyi kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
- 17/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 16/7/2022 “Məşğulluq marafonu” üzrə 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər.
- 15/7/2022 Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib
https://video.azertag.az/site/video/148244
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
- 15/7/2022 “Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq
“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqi əmək münasibətlərinin tənzimlənməsi və bu sahədə tətbiq edilən kargüzarlığın elektronlaşdırılması istiqamətində bir sıra dəyişiklikləri nəzərdə tutub. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni dəstək mexanizmini formalaşdırıb.
- 15/7/2022 “Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşaqların valideyn himayəsindən məhrum olmaması üçün dövlətin sosial sahədə həyata keçirdiyi köklü islahatların tərkib hissəsi olan “Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslərin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu e-sistem vasitəsilə həyata keçiriləcək.
- 15/7/2022 Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib
Bu gün də bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər təqdim edilib.
- 14/7/2022 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
Proqram çərçivəsində Mingəçevir şəhərində 3 günlük (30, 31 iyul və 1 avqust 2022-ci il) təlim təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir: