23 İyun 2017-ci il

Əsas Səhifə Webmail

MƏNZİLLƏ TƏMİNAT

Müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı
     Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) İH-lərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq xüsusi Komissiya tərəfindən həyata keçirilir. 
     Həmin Komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilmişdir.
     Qarabağ əlilləri fərdi ev tikintisi üçün ilkin olaraq nazirlikdə növbəyə dayanır və növbəlilik qaydasında onlar üçün fərdi yaşayıç evi inşa etdirilərək istifadəyə verilir.

Fərdi ev tikintisi məqsədilə nazirlikdə növbəyə dayanmaq üçün aşağıdakı sənədlər tələb olunur:
-əlillik barədə Tibbi-sosial ekspert komissiyasının sonuncu arayışının surəti və qospitaldan verilmiş xəstəlik şəhadətnaməsinin təsdiq olunmuş surəti;
-fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sənəd;
-ailə tərkibi haqqında kənd icra nümayəndəliyinin geniş arayışı (yaşadıqları mənzilin yaşayış sahəsi, otaqların sayı, mənzildə yaşayanlar qeyd edilməklə);
-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı ailə üzvlərinin hər biri üçün);
-Prezident təqaüdü barədə arayış (rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən);
-ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti;
-uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
-nigah haqqında şəhadətnamənin surəti; 
-evin kupçası və ya texniki pasportunun surəti;
-ərizə.
     Göstərilən sənədlər tam tərkibdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildikdən sonra nazirlikdəki müvafiq komissiya həmin vətəndaşların qeydiyyata alınmasını təmin edir.

1




Flag Counter






» 21/6/2017- Kürdəmir rayonunda maarifləndirmə tədbiri

» 19/6/2017- Samux rayonunda icma əsaslı sosial reabilitasiya mərkəzi açıldı

» 16/6/2017- UNEC-in Əlilliyi olan tələbələr üçün Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib

» 14/6/2017- Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın iki illik fəaliyyətinin yekinlarına həsr edilən məlumat sessiyası keçirilib.

» 14/6/2017- Əlilərin Cəmiyyətə İnteqrasiyası ictimai birliyi “İdrak” liseyində

» 13/6/2017- 3 saylı məktəb-liseydə ictimai maarifləndirmə.

» 7/6/2017- Əlilliyi olan şəxslərin hüquqlarına hörmət - ictimai maarifləndirmə.

» 02/6/2017- Universitetlərin monitorinqi

» 02/6/2017- Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsi

» 31/6/2017- Layihə çərçivəsində təlimlərin icrasına başlanıldı.

» 27/5/2017- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş formatlı (№ 05-2017) iclası.

» 20/5/2017- Dünya Əlillər Birliyinin 5-ci Baş Assambleyası

» 17/5/2017- Əlilliyi olan şəxslərin hüquqlarının təbliği

» 16/5/2017- “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil məktəblərinə inteqrasiyasının əsasının qoyulması.” TEMPUS layihəsi

» 11/5/2017- Əlilliyi olan şəxslərin sahibkarlığın inkişafina dəstəyin təşkili”

» 9/5/2017- Sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi

» 5/5/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti XV Ümumi Yığıncağı.

» 3/5/2017- “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP)

» 18/4/2017- İctimai şuranın növbəti iclası keçirilib

» 17/4/2017- Əlilliyi olan şəxslərin yaradıcılıq potensialı