10 İyul 2020-ci il

Əsas Səhifə Webmail

15/5/2013 BANKOMATDAN İSTİFADƏ QAYDASI

Pensiyaçılar üçün bankomatdan istifadə qaydası


Pensiyaların plastik kartlarla ödənişi

 

Sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır.
 

 

İslahatların mühüm həlqəsi kimi pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur.

Azərbaycan Respublikasının şəhərlərində və rayon mərkəzlərində əhaliyə pensiya və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin qurulması 2004-2006-cı illər ərzində müvəffəqiyyətlə başa çatdırılmışdır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən əhalinin maarifləndirilməsi üçün lazımi izahat işləri aparılmış, televiziya vasitəsilə reklam çarxları nümayiş etdirilmiş, pensiyaçılara xidmət edəcək bankomatların quraşdırılması və plastik kartların vətəndaşlara çatdırılaraq ödənişin bu sistemdə aparılması üçün məqsədyönlü fəaliyyət təşkil olunmuşdur.

Görülən tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. Belə ki, 2009-cu il ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 62 563 nəfər artıb. 01.01.2009-cu il tarixə pensiyasını plastik kartla əldə edənlərin sayı 1 057 571 nəfər olduğu halda, 01.01.2010-cu il tarixə bu göstərici 1 120 134 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir.

2009-cu il ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ötən ilin əvvəli ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 6 faiz artıb. Əgər 01.01.2009-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 94,9 faiz təşkil edir. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Qeyd edək ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzindədir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Proqrama əsasən, pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.
   

Pensiyaların plastik kartlarla ödənilməsi barədə ümumi məlumat:
 


Plastik pensiya kartları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vəsaiti hesabına hazırlanaraq pensiyaçılara pulsuz paylanır;

Kartdan istifadəyə görə pensiyaçılardan heç bir haqq tutulmur.

Kartdan istifadə müddəti 5 ildir;

Pensiyaçılar öz pensiyalarını daha sürətli (vəsait kart hesabına köçürüldükdən dərhal sonra) almaq imkanına malikdirlər;

Pensiyaların daha rahat şəkildə (bankomat 24 saat işlədiyi üçün günün istənilən saatında) almaq mümkündürr;

Respublikanın istənilən rayonunda pensiyanın alınması imkanı təmin olunmuşdur;

Plastik pensiya kartları "VİSA Elektron" beynəlxalq ödəniş şəbəkəsinə qoşulduğu üçün hər hansı bir məqsədlə xaricdə olarkən də pensiyalar alınması həyata keçirilə bilər;

Pensiyanın kart hesabında yığılması və istənilən vaxt çıxarılması mümkündür;

Plastik kart və onun unikal PİN kodu pensiyaçıya şəxsən teqdim edildiyi üçün ondan digər şəxslərin istifadəsinə görə nə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nə Azərbaycan Beynəlxalq Bankı məsuliyyət daşımır.

 

 

Pensiyaların plastik kartlarla alınması üçün bankomatdan istifadə qaydaları
 

  1. İstifadə olunacaq rəqəmlər bankomatda ekranın sağ tərəfində və ya ekranın aşağı hissəsində yerləşir.

    1 2 3 CANCEL
    DAYANDIR
    OTMENA

    4 5 6 CORRECTION
    DÜZƏLT
    КОРРЕКЦИЯ

    7 8 9  
      0 , ENTER/ACCEPT
    GİRİŞ/TƏSTİQ
    ВВОД

     
     

     

  2. Ekranın sağ tərəfində kartı banokmata salmaq üçün kəsik vardır.
     

  3. Kartı, rəsmli tərəfi yuxarı və üzərindəki rəqəmlər solda olmaqla bankomata daxil etmək lazımdır.

  4. Kartınızı daxil etdikdən sonra ekrana çıxan dillərdən Azərbaycan dilinin qarşısındakı düyməni basın (ekranın sağ tərəfində).

    AZƏRBAYCAN

     

  5. Bundan sonra rəqəm düymələri ilə 4 rəqəmli şəxsi kodunuzu (PİN kod) daxil edin.
     

    • Əgər rəqəmləri səhv yığmısınızsa DÜZƏLT düyməsini basın və rəqəmləri yenidən yığın

  6. Sonra GİRİŞ/TƏSDİQ düyməsini basın.
     

  7. Bundan sonra ekranda əməliyyatların adları görünəcəkdir.
     

  8. Pensiyanızı nağdlaşdırmaq üçün ekranın sağ tərəfində birinçi sətirdə yazılan AZƏRB. MANAT (AZM) sözünün qarşısındakı düyməni basın (ekranın sağ tərəfində).

    AZƏRB. MANAT (AZM)

     

  9. Əgər çıxarmaq istədiyiniz məbələğ görünən məbləğlərə uyğun gəlmirsə, ekranın sağ tərəfində ən axırınçı yazılan BAŞQA MƏBLƏĞ düyməsini basın, bu zaman ekranda görünən məbləğlər dəyişiləçək, bu halda da məbləğlər uyğun gəlməzsə yenidən BAŞQA MƏBLƏĞ düyməsini basın.

  10. Pensiyanı almaq üçün istənilən məbləği rəqəm düymələri ilə yığın və GİRİŞ/TƏSDİQ düyməsini basın.

  11. Sonra birinci sətirdə yazılan BALANS EKRANDA QÖSTƏRİLSİN sözünün qarşısındakı düyməni basın (ekranın sağ tərəfində).

    BALANS EKRANDA QÖSTƏRİLSİN

     

  12. Bundan sonra ekranda LÜTFƏN GÖZLƏYİN, ƏMƏLİYYAT APARILIR daha sonra,
     

  13. SORĞUNUZ QƏBUL OLUNUB, LÜTFƏN KARTINIZI GÖTÜRÜN sözləri yazıldıqdan sonra pensiya kartınız avtomatik olaraq bankomatdan çıxacaqdır. Pensiya kartınızı götürüb pulların çıxmasını gözləyin.
     

  14. LÜTFƏN PULUNUZU GÖTÜRÜN sözləri yazıldıqdan sonra pensiyanız avtomatik olaraq bankomatdan veriləcəkdir. Pullarınızı götürdükdən sonra ekranda hesabınızdakı qalıq məbləğ göstəriləcəkdir. Ekranın sağ tərəfdə aşağıdaki düyməni basın.

Pensiya kartını götürdüyünüzü bir də yoxlayın. Pulunuzu və pensiya kartınızı götürdüyünüzə əmin olduqdan sonra bankomatdan uzaqlaşa bilərsiniz.  

1




Flag Counter






» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.

» 23/6/2020- Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək

» 22/6/2020- Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi

» 19/6/2020- VƏRƏM VƏ COVİD-19 PANDEMİYASI İLƏ BİRGƏ MÜBARİZƏ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ONLAYN BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

» 18/6/2020- "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

» 16/6/2020- Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB-nin jest dilində yeni filmi

» 12/6/2020- Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edildi

» 9/6/2020- Əlil Təşkilatları İttifaqı (ƏTİ) növbəti beynəlxalq təşkilata üzvlüyə qəbul olunmuşdur.

» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.