- Reabilitasiya avadanlıqları ilə təminat (ƏLİL ARABASI, Qulaq aparatı, Müalicə)NAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzlərində müalicə almaq üçün aşağıdakı sənədlər təqdim olunur: 1. Şəxsiyyət vəsiqəsi;
2. Əlillik dərəcəsini təsdiq edən sənəd;
3. Tibbi-sosial ekspert komissiyasının və ya müalicə müəssisəsinin göndərişi;
4. Ünvan, əlaqə telefonu.
Əlil arabası ilə təmin olunmaq üçün Bakı Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına aşağıdakı sənədlər təqdim olunur:
1. Şəxsiyyət vəsiqəsi;
2. Tibbi-sosial ekspert komissiyasının əlil arabası aid olan qərar;
3. Əlillik dərəcəsini təsdiq edən sənəd;
4. Ünvan, əlaqə telefonu.
Eşitmə aparatı ilə təmin olunmaq üçün Bakı Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına aşağıdakı sənədlər təqdim olunur:
1. Şəxsiyyət vəsiqəsi;
2. Əlillik dərəcəsini təsdiq edən sənəd;
3. Həkim-surdoloqun rəyi;
4. Ünvan, əlaqə telefonu.