23 Avqust 2019-ci il

Əsas Səhifə Webmail

Hadi Rəcəbli

 

  

“Əlillərə cəmiyyətdə

münasibət dəyişməlidir”

 

 

 

Hadi RƏCƏBLİ:

Milli Məclisin Sosiai-siyasət  Komitəsinin sədri     

26/2/2013 25 Fevral 2013-cü ildə "Oriqami" Reabilitasiya Mərkəzində ''Xocalı Harayı '' adlı uşaq və gənclərin yaradıcılıq müsabiqəsi keçirilmişdir.

  25 Fevral 2013-cü ildə "Oriqami" Reabilitasiya Mərkəzində ''Xocalı Harayı '' adlı uşaq və gənclərin yaradıcılıq müsabiqəsi keçirilmişdir. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İcra Hakimiyyətinin başçısı İlqar Abbasov   , rayon təşkilatlarının rəhbərləri, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əlil Təşkilatları İttifaqı ( Davud Rəhimli ) əlilliyi olan uşaqlar və onların valideynləri iştirak etmişlər. Müsabiqə iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.

15/2/2013 15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür.

  15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür.  Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 24-cü il dönümü ilə əlaqədar olaraq Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın  Müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət ediblər. 

   Azərbaycandan 9500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak etmişdir. Onlardan 208 nəfər hərbi əməliyatlarda həlak olmuş, 450 nəfər əlil olmuş, 7 nəfər itgin düşmüş, 1400 nəfər isə mülkü işlərdə xidmət etmişdir.

25/1/2013 "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə

 

"Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə  

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

№ 12

Bakı şəhəri, 22 yanvar 2013-cü il  

03/1/2013 "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası"nın təsdiq edilməsi barədə

  "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).  Azərbaycan Respublikasının  Baş naziri   Artur Rasi-zadə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmişdir

Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi

Q A Y D A S I

26/12/2012 İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub

   

 
     Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə «Konstitusiya» Araşdırmalar Fondu tərəfindən hazırlanan «İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği» layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib. Davud RƏHİMLİ
    
 

21/12/2012 İctimai Şura növbəti iclasını keçirib

 

14/12/2012 ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin GÜLSAM ƏRİB-ə (Ağsu) dəstəyi

 ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin Azərbaycan Respublikasında İngilis dilinin Tədrisi Proqramı üzrə 06 Dekabr 2012-ci ildə Avropa Otelinin Bal Zalında könüllülər arasında möhtəşəm and içmə mərasimi keçirilmişdir və həmən tədbirdə Ağsu rayonunda fəaliyyət göstərən “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova iştirak etdi. Eyni zamanda qeyd etmək istəyirik ki, Amerika könüllülərini Azərbaycan mədəniyyət və dəyərləri haqqında məlumatlandırmaq da təlimçinin üzərinə düşür. 07 Dekabır tarixində “GÜLSAM” ƏRİB-in könüllüsü xanım Sarah Wittmann Bakıdan Ağsu rayonuna könüllü dəvət aldığı təşkilat “GÜLSAM” ƏRİB ilə birlikdə müqavilələri əsasında əməkdaşlıqa davam etdirəcəklər. Xanım Sarah Wittmann “GÜLSAM” ƏRİB ilə əməkdaşlıqının səbəbi və məqsədinin açıqlanması, təlim keçəcəyi gənclər ilə tanışlıq məqsədi ilə 15 Dekabr “GÜLSAM” ƏRİB-in hüquqi ünvanında tədbir keçiriləcək və İngilis Dili Kursun açlışını elan edəçək.

“GÜLSAM” ƏRİB-in sədri GÜLNARƏ SƏLİMOVA
Davud RƏHİMLİ Əlil Təşkilatları İttifaqı (ƏTİ)
     

12/12/2012 Bu gün 12 Dekabr - Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür.

    

http://www.youtube.com/watch?v=mcKOeTYCWG4
 
 
 
Bu dünyada yaradılan heç bir şey ebedi deyil. Lakin bəzən, dəyərli olanlar dünyada olmasa belə insan yaddaşında qalır... Unudulmur... Dilə gətirməsən belə, bütün günü onun haqqında danışmasan belə, həyat tarixində, ömür xatirələrində yaşayır və yad olunur... Onlardan biri də Heydər Əliyevdir. Allah rəhmət etsin.
Bu gün 12 Dekabr - Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür. Ruhun şad olsun, Öndər! Hər zaman qəlbimizdə!

7/12/2012 “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

BMT-nin Uşaq Fondunun (UNİSEF) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə

7 dekabr 2012-ci il tarixdə, saat 15.00-da “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Elmira Süleymanova və UNİCEFin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard açmışlar. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Vüqar Həsənov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Elman Mehdiyev, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev, UNDPİnin Azərbaycan ofisinin rəhbəri Envera Selimoviç müxtəlif mövzularda çıxış etmişlər. Hökumət, QHT və əlilliyi olan insanlar müzakirələrə qoşulmuşlar. Yekunda bütün təkliflərin ümumiləşdirilərək müvafiq orqanlara göndərilməsi qərara alımışdır.  

3/12/2012 BIRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI BAŞ KATİB 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü münasİbətİ İlə MÜRACİƏT 3 dekabr 2012

   B     u il keçirilən Paralimpiya Oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız paralimpiya çempionuna yazmışdı: “Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir.” 

        Əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırsaq verdikləri töhfələr daha böyük olar.  Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır.

       

30/11/2012 “3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar “Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans

  BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin  təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki,  hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir.   

       

30/11/2012 Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

               

Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

29/11/2012 Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir

Əlilliyi olan şəxsərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği və dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tədbirlərin davamı kimi, «2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, noyabrın 29-da Bakı şəhərində Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb.

19/11/2012 Yaxın vaxtlarda parlamentə əlillərlə bağlı yeni layihə sənədi təqdim olunacaq

«Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa yeni redaktədə baxılaraq müvafiq layihə sənədi hazırlanıb. Noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə həmin qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. 

 

 

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16




Flag Counter






» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”