23 Avqust 2019-ci il

Əsas Səhifə Webmail

14/11/2012 14 noyabr Ümumdünya Diabet Günüdür.

      PRESS-RELIZ Əlaqələndirici şəxs : Gülşən Hüseynova Əlaqə telefonları :  498-00-71 iş, (050) 337 55 28                                                      14 noyabr    Ümumdünya Diabet Günü              

  World Diabetes Day     14 november    

Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü(ÜDG) kimi qeyd edilir. 14 noyabr diabet xəstələrinin köməyinə çatan insulini kəşf edən həkim Frederik Bantinqin ad günüdür. Dünyada 350 milyon, Azərbaycanda 163 minə yaxın bu qeyri-yolxucu xəsətlikdən əziyyət çəkən insan var. 2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Ümumdünya Diabet Gününün emblemi olan Mavi dairə şəkərli diabet(ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Diabetə qarşı mübarizədə birləşin!”. 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kompaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması”-dır.

20/10/2012 “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair STANDART QAYDALAR”

 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini dəstəyi ilə  “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair STANDART QAYDALAR”-ın hazırlanması layihəsini həyata keşirir.

 Bununla əlaqədar olaraq layihənin işçi qrupunun növbəti görüşü keçirilmiş, qaydaların yeni variantı bir daha müzakirə olunaraq hökumətə təqdim olunması qərara alınmışdır.

15/10/2012 "İnkişaf" koalisiyası

  "Dünyaya baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi və iştirakı ilə "Əlil Təşkilatları İttifaqı", "İrəli" ictimai birliyi  "Əlilliyi olan insanların həyatında müsbət dəyişikliklər" layihəsini həyata keçirirlər. 

Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.

Layihənin şəffavlığının və uğurluluğunu təmin etmək məqsədi ilə 9 QHT-nin təmsil olunduğu "İnkişaf" koalisiyası yaradılmışdır.  Tədbirlər planına uyğun olaraq koalisiya üzvləri üçün təlimlərin keçirilməsi və onlara kiçik qrantların verilməsi nəzərdə tutulmuşdur. Koalisiyanın fəaliyyətinin koordinasiya olunması Əlil Təşkilatları İttfaqına həvalə olunmuşdur. Məlumatlandırmanın artırılması məqsədi ilə koalisiyanın veb səhifəsi yaradılmaqdadır.

13/10/2012 Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması

 

Oktyabrın 10-11-də Gəncə şəhərində Vətəndaşlarin Əmək Hüquqlarinin Müdafiəsi Liqasi tərəfindən «Əlilliy olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması» və Milli QHT Forumu tərəfindən «Əlilliyi olan şəxslərin huquqlarinin qorunmasi və cəmiyyətə inteqrasiyasi» layihələrinin təqdimatı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan layihələrin təqdimatında vətəndaş cəmiyyətlərinin, müvafiq dövlət orqanları və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirdə ölkədə olan əlilliyi olan insanların əmək qabiliyyətli hissəsinin məşğulluğunun təmin olunması sahəsində mövcud vəziyyət, bu istiqamətdə görülən işlər müzakirə olunub. 

19/9/2012 2012 Bərabərliyə nail olmaq üçün Əlilliyi olan uşaqların Global Əməkdaşlıq haqqında Forum

 

Əlilliyi olan uşaqları İnkişafın Ön planına çıxarmaq  

September 14-15 sentyabr  2012

UNICEF House, Labouisse Hall

 

Sentyabr ayının 14-15 Nyu York şəhərində BMT-nin (UNİCEF) qərargahında UNICEF əlilliyi olan uşaqların Global Əməkdaşlığa dair tədbir keçirmişdir.  Forum çərçivəsində Əlillərin hüquqlrı haqqında Konvensiyanın tam həyata kecirilməsi, 2015-ci ilə qədərki global səviyyədə vəziyyət, habelə əlilliyin xüsusilə (təhsil, qidalanma və inklusivlik) kimi tematik mövzulara inteqrasiya etməsi, o cümlədən konkret ölkələrdə milli səviyyədə əməkdaşlığa dair məsələlərini müzakirə edilmişdir.  

 

Tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Dünyaya Baxış hümanitar təşkilatının direktoru Georgi Devidze, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Dünyaya baxış təşkilatının layihə rəhbəri Vüqar Əhmədov iştirak etmişlər.  

11/9/2012 INKLUZIV ƏDALƏT

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Hüquqşünaslar Assosiasiyasının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD) maliyyə dəstəyi ilə “İnkluziv ədalət” layihəsini həyata keşirir. Layihənin müddəti 9 aydır (yanvar-sentyabr 2012-ci il). Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Fəaliyyətlər dəyirmi masa, ictimai görüşlərin keçirilməsi, seminarların təşkili və 5 obyektin (məhkəmə və əlilliyi olan insanların çox istifadə etdikləri sosial binalar) girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılmasından (pandusun quraşdırılmasından) ibarətdir. Qeyd etmək istəyirik ki, Xəzər və Binəqədi rayon məhkəmələrində panduslar quraşdırılmışdır. Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Bakı Dövlət Universitetinin 1 saylı korpusu və Nizami rayon məhkəməsində isə bu işlər görülməkdədir. 

4/9/2012 Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “BU BİZİK” layihəsi fəaliyyətə başladı.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda”  (ƏBƏU) cəmiyyəti Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bu buzuk” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır. Eyni zamanda layihənin dəstəyi ilə əlilliyi olan gənclərin potensial imkanlarının araşdırılması və müxtəlif yaradıcılq sahələri üzürə peşə-təlim kurslarının təşkil edilməsidir. Bu proqram “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olan əlilliyi olan insanlar arasında işsizliyin azaldılması,  “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək məqsədilə təşkil olunur.

30/7/2012 Əlil Təşkilatları İttifaqının regionlarda tədbirləri

 

www.udpo.az  

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.

Tədbirlər planına uygun olaraq iyulun 26-da Göygöl rayonunda dəyirmi masa, 27-də Gəncə, 28-də Şəki şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmilər.

İki il yarım müddətində  yerinə yetiriləcək tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulmuşdur.

 

31/5/2012 “Əlilliyi olan insanların sosial hüquqları”

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir. 

2/5/2012 “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans

2/5/2012 "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans

02 may 2012-ci il tarixdə Avropa otelində Amerika Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İnsan Hüquqları İnstitutu, Əlil Təşkilatları İttifaqının təşkilatçilığı ilə  "5 may - Avropa  Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir.

 

 

21/4/2012 17 Aprel Dünya Hemofiliya Günüdür

17 Aprel Dünya Hemofiliya Günüdür

17 Aprel Dünya Hemofiliya Günü ərəfəsində  Türkiyə Hemofiliya Dərnəyi 14-17 Aprel 2012 il  İX-  cu Türkiyə Hemofiliya Kongresi keçirdi. Konqresdə 652 iştirakçı olmaqla, Türkiyənin bütün bölgələrindən gələn həkim, hemofiliyalı xəstələr və onların ailə üzvləri, habelə Türkiyənin dövlət qurumlarından Sağlıq Bakanlığı, Sosial Güvənlik, dərman preparatları  Faktor Konsentralarını Türkiyəyə idxal edən əczaçı şirkətlərin   məsul şəxsləri iştirak etmişdir.

09/4/2012 "İnkluziv ədalət” regionlarda

Amerika Hüquqşunaslar Assosiasiyası və Respublika Əlil Qadınlar Cəmiyyətinin "İnkluziv ədalət” adlı layihəsi çərçivəsində əlil vətəndaşların hüquqlarının öyrənilməsinə həsr olunan seminar keçirilib. 

05/04/2012 GÜLƏN ÇOCUQ FESTİVALI

İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. Türkiyə onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyəti qatılıb. (apa) 

30/3/2012 Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"

  

 

       

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16




Flag Counter






» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”