06 Dekabr 2019-ci il

Əsas Səhifə Webmail

19/9/2012 2012 Bərabərliyə nail olmaq üçün Əlilliyi olan uşaqların Global Əməkdaşlıq haqqında Forum

 

Əlilliyi olan uşaqları İnkişafın Ön planına çıxarmaq  

September 14-15 sentyabr  2012

UNICEF House, Labouisse Hall

 

Sentyabr ayının 14-15 Nyu York şəhərində BMT-nin (UNİCEF) qərargahında UNICEF əlilliyi olan uşaqların Global Əməkdaşlığa dair tədbir keçirmişdir.  Forum çərçivəsində Əlillərin hüquqlrı haqqında Konvensiyanın tam həyata kecirilməsi, 2015-ci ilə qədərki global səviyyədə vəziyyət, habelə əlilliyin xüsusilə (təhsil, qidalanma və inklusivlik) kimi tematik mövzulara inteqrasiya etməsi, o cümlədən konkret ölkələrdə milli səviyyədə əməkdaşlığa dair məsələlərini müzakirə edilmişdir.  

 

Tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Dünyaya Baxış hümanitar təşkilatının direktoru Georgi Devidze, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Dünyaya baxış təşkilatının layihə rəhbəri Vüqar Əhmədov iştirak etmişlər.  

11/9/2012 INKLUZIV ƏDALƏT

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Hüquqşünaslar Assosiasiyasının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD) maliyyə dəstəyi ilə “İnkluziv ədalət” layihəsini həyata keşirir. Layihənin müddəti 9 aydır (yanvar-sentyabr 2012-ci il). Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Fəaliyyətlər dəyirmi masa, ictimai görüşlərin keçirilməsi, seminarların təşkili və 5 obyektin (məhkəmə və əlilliyi olan insanların çox istifadə etdikləri sosial binalar) girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılmasından (pandusun quraşdırılmasından) ibarətdir. Qeyd etmək istəyirik ki, Xəzər və Binəqədi rayon məhkəmələrində panduslar quraşdırılmışdır. Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Bakı Dövlət Universitetinin 1 saylı korpusu və Nizami rayon məhkəməsində isə bu işlər görülməkdədir. 

4/9/2012 Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “BU BİZİK” layihəsi fəaliyyətə başladı.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda”  (ƏBƏU) cəmiyyəti Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bu buzuk” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır. Eyni zamanda layihənin dəstəyi ilə əlilliyi olan gənclərin potensial imkanlarının araşdırılması və müxtəlif yaradıcılq sahələri üzürə peşə-təlim kurslarının təşkil edilməsidir. Bu proqram “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olan əlilliyi olan insanlar arasında işsizliyin azaldılması,  “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək məqsədilə təşkil olunur.

30/7/2012 Əlil Təşkilatları İttifaqının regionlarda tədbirləri

 

www.udpo.az  

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.

Tədbirlər planına uygun olaraq iyulun 26-da Göygöl rayonunda dəyirmi masa, 27-də Gəncə, 28-də Şəki şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmilər.

İki il yarım müddətində  yerinə yetiriləcək tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulmuşdur.

 

31/5/2012 “Əlilliyi olan insanların sosial hüquqları”

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir. 

2/5/2012 “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans

2/5/2012 "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans

02 may 2012-ci il tarixdə Avropa otelində Amerika Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İnsan Hüquqları İnstitutu, Əlil Təşkilatları İttifaqının təşkilatçilığı ilə  "5 may - Avropa  Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir.

 

 

21/4/2012 17 Aprel Dünya Hemofiliya Günüdür

17 Aprel Dünya Hemofiliya Günüdür

17 Aprel Dünya Hemofiliya Günü ərəfəsində  Türkiyə Hemofiliya Dərnəyi 14-17 Aprel 2012 il  İX-  cu Türkiyə Hemofiliya Kongresi keçirdi. Konqresdə 652 iştirakçı olmaqla, Türkiyənin bütün bölgələrindən gələn həkim, hemofiliyalı xəstələr və onların ailə üzvləri, habelə Türkiyənin dövlət qurumlarından Sağlıq Bakanlığı, Sosial Güvənlik, dərman preparatları  Faktor Konsentralarını Türkiyəyə idxal edən əczaçı şirkətlərin   məsul şəxsləri iştirak etmişdir.

09/4/2012 "İnkluziv ədalət” regionlarda

Amerika Hüquqşunaslar Assosiasiyası və Respublika Əlil Qadınlar Cəmiyyətinin "İnkluziv ədalət” adlı layihəsi çərçivəsində əlil vətəndaşların hüquqlarının öyrənilməsinə həsr olunan seminar keçirilib. 

05/04/2012 GÜLƏN ÇOCUQ FESTİVALI

İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. Türkiyə onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyəti qatılıb. (apa) 

30/3/2012 Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"

  

 

       

12/03/2012 Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalı keçirilmişdir.

  

26/2/2012 Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilmişdir

  Fevralın 26-da Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir. 

23/2/2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib

  23 fevral 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə «Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, beynəlxalq təşkilatların, müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri, beynəlxalq dərəcəli ekspertlər və nazirliyin mütəxəssisləri iştirak ediblər. 

21/1/2012 İnkluziv ədalət

Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABA CEELİ (USAİD) təşkikilatının dəstəyi ilə "İnkluziv ədalət" layihəsini həyata keçirməyə başlamışdır. Layihənin əsas məqsədi əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasıdır. Layihənin fəaliyyət planına əsasən maarifləndirmə və uyğunlaşdırma işlərinin həyata keçirilməsi həyata keçiriləcəkdir. 5 məhkəmə binası və əlilliyi olan insanların çox istifadə etdikləri binaların girişində pandusların quraşdırılması nəzərdə tutulmuşdur.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17




Flag Counter






» 3/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

» 3/12/2019- “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”

» 2/12/2019- Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir

» 2/12/2019- Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 2/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

» 30/11/2019- Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb

» 30/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı

» 29/11/2019- Pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən əsassız ittihamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabı

» 29/11/2019- BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

» 28/11/2019- “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün surdotərcümə versiyası

» 22/11/2019- Əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 22/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

» 20/11/2019- Şura 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir

» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu