ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 2/4/2019 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.
Autizm sözü yunan autos sözünün kökündən gəlir, yunan dilində autos sözünün mənası öz və ya özü deməkdir. İlk dəfə autizm (autismus) sözündən məşhur isveşrəli psixiatr E. Bleuler istefadə etmişdir. 1910-cu ildə Bleuler autizm termini ilə şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətrafdakı dünyadan təcrid olunma əlamətlərini təsvir etmişdir.
- 1/4/2019 “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Almaniyanın Paytaxtı Berlin şəhərində, Bundestaqda “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Beynəlxalq Əlil Təşkilatları Birliyinin üzvləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri, Almaniya Bundestaqının üzvləri iştirak etmişlər.
- 1/4/2019 Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb
Açıq Çempionatın qrup mərhələsində komandamız ilk oyunu Macarıstan yığması ilə keçirilib. Macarlara 3-2 hesabı ilə məğlub olan komandamız növbəti mərhələdə Xorvatiya yığması ilə qarşılaşıb.
- 24/3/2019 İdmançılarımıza uğurlar arzulayırıq!
25 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası, baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında 25 mart - 01 aprel tarixlərində Xorvatiyada keçiriləcək Açıq Regional Çempionatda iştirak etmək üçün yola düşüblər.
- 14/3/2019 “Müyəssər Metro”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.
- 14/3/2019 "Xeyirə vəsilə" adlı IV Satış sərgisi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 30 nəfər gənc "Xeyirə vəsilə" adlı IV Satış sərgisində iştirak ediblər.
- 13/3/2019 DİM - təlimçilər üçün təlim keçirilmişdir
11 – 13 mart 2019 – cu il tarixdə Bakıda BMT – nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli və yerli səviyyələrdə icrasına dair vəkillik, monitorinq və qiymətləndirmə işinin aparılmasında QHT – lərə dəstək təlimçilər üçün təlim keçirilmişdir.
- 9/3/2019 Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhalinin sosial müdafiəsiningücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı müxtəlif əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müavinətlərini 2 dəfədən çox artırmışdır. Bu sərəncam əlilliyi olan şəxslərimizin həyat şəraitinin keyfiyyətli və hiss ediləcək səviyyədə yüksəlməsinə müsbət təsir edəcəkdir.
- 9/3/2019 Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.
Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqına (ƏTİ) üz olan qadın təşkilat rəhbərləri ilə görüş keçirilmişdir. ƏTİ-nin prezidenti Davud RƏHİMLİ və vitse przidenti Ayaz Hüseynov qadınları təbrik etmiş onlara can sağlığı, ailə səadəti yeni uğurlar arzulamışlar.
- 7/3/2019 Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub.
8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb.
- 7/3/2019 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
- 6/3/2019 Şura 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib

- 5/3/2019 Dövlət Sosial Müdafiə Fondunun “bir pəncərə” və “e-sosial” portalı əsasında xidmət göstərən müasir Qəbul Mərkəzi açılıb
Tədbirdə iştirak edən nazir Sahil Babayev e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə də görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla,
- 1/3/2019 Bu gündən ölkəmizdə minimum əmək haqqı və minimum əmək pensiyası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu gündən ölkəmizdə minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır.
- 27/2/2019 “Öz biznesinin sahibi ol” layihəsi
Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti ilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2018-ci il iyul – 2019-cu il fevral tarixləri ərzində icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrinin Bakı şəhəri, Qafqaz City Oteldə təqdimatına dair konfrans keçirilmişdir.