ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 15/4/2017 “Vətənpərvərliyin təbliğində aprel döyüşləri”
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihəsinin ilk tədbirini Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının tələbələri ilə keçirdi.
- 8/4/2017 Vətənpərvərliyin təbliğində aprel döyüşləri
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birinci qrant müsabiqəsinin qalibi olmuş Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində görüşlərdə olub.
- 7/4/2017 Leykemiya hökm deyil
« Leykemiya ilə Mübarizə» İctimai Birliyin təşkilatçılığı ilə «Leykemiya hökm deyil#bizqalibgeleceyik» adlı layihə həyata keçiriləcək. Layihənin əsas məqsədi leykemiya ilə mübarizə aparan xəstələrdən, könüllülərdən və digər şəxslərdən müsahibə alıb Siz izləyicilərimizə təqdim etməkdir.
- 6/4/2017 “APREL DÖYÜŞLƏRI”
6 aprel 2017-ci il tarixində, Bakı şəhər Təhsil İdarəsinin, Suraxanı rayonu,Şəhid Aslan Muradov adına 84 saylı tam orta məktəbin təşəbbüsü ilə, müharibə vetranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda görüş keçirildi.
- 2/4/2017 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü
AUTİZM -DEFEKTOLOJİ VƏ PSİXOLOJİ YARDIM MƏRKƏZİ" nin sədri Çiçək Məmmədlinin təşkilatçılığı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
- 30/3/2017 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası
Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir. Bakı şəhəri, ƏTİ-nin ofisi, 30 mart 2017-ci il. Saat 15.00 Gündəlik: 1. ƏTİ-nin növbəti illik ümumi yığıncağı. (tarixin təsdiqi, təşkilatı və texniki məsələlər) 2. Monitorinq qrupunun tərkibinin təsdiqi və fəaliyyət planı. 3. Cari məsələlər.
- 30/3/2017 2 MILYON MANAT PUL AYRILIB
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
- 30/3/2017 ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən, 01 yanvar 2016-cı il tarixinədək əlilliyi müəyyən edilmiş
- 27/3/2017 2 Aprel Dünya Autizm Məlumatlandırma günüdür
“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi “2 Aprel Dünya Autizm Məlu matlandırma günü” ilə əlaqədar olaraq tədbir keçirəcəkdir.Aprelin 2-də -Dünya Autizm Məlumatlandırma Günündə Beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır"aksiyasına dünyanın digər şəhərləri kimi ölkəmiz də qoşulmuşdür.
- 6/3/2017 "Candoco" rəqs ansamblı Bakıda
British Council incəsənət layihələri çərçivəsində "Candoco" rəqs ansamblının Bakıya səfərini və onların iki hissəli valehedici tamaşasının nümayışini təşkil edir. "Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır.
- 3/3/2017 MPK-nın V hesabat seçki yığıncağı
lqar Rəhimov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.
- 2/3/2017 Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu
Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan üzrə Milli Platformasının Ümumi Yığıncağı keçirildi. Bir sıra mövzular müzakirə olundu, eləcə də, Platformanın yeni Əsasnaməsinin hazırlanması, növbəti aylar üçün fəaliyyət planları müzakirə olundu
- 28/2/2017 MAARİFÇİ QHT- lər: İnkluziv təhsil
Fevral ayının 28-də Təhsil Nazirliyində Maarifçi QHT-lərin aylıq sessiyası çərçivəsində “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklyuziv təlim metodologiyasının yaradılması” məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir.
- 23/2/2017 Xocalı Soyqırımının iyirmi beşinci ildönümü
22 fevral 2017-ci il tarixdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ilə birgə Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində Elmi-praktik konfransı keçirilmişdir.
- 23/2/2017 «Ağ ölümə yox»
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Ağ ölümə yox» layihəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə layihənin yekun tədbiri keçirilib.