ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsini həyata keçirmişdir.
“Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsini həyata keçirmişdir.
- 30/5/2013 Xəstələrin hüquqlarına dair vəkillik fəaliyyətinin rolu.

- 19/5/2013 Bakının Dənizkənarı Milli Parkı daha bir beynəlxalq tədbirə - əlil arabasında idman rəqsləri üzrə beynəlxalq festivala şahildlik etdi.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalda Azərbaycan da daxil olmaqla 10-dan çox ölkənin dünya və Avropa çempionları olan peşəkar rəqqaslar və rəqs ustaları bir-birindən maraqlı göstərilərlə çıxışlar etdilər. Çıxışlara Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən estrada ulduzları da öz töhvələrini qatdılar. Festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Paralimpiya Komitəsi, İnkişaf Naminə İdman İctimai Birliyi, Qafqaz Baku City Hotel & Residences, Pasha Travel, AİK və Mi Verim v Tebya təşkilatlarının dəstəyi ilə baş tutdu.
- 16/5/2013 Bu gün H.Əliyev Sarayının rəhbərliyi Autizmli uşaqları ziyarət etmiş və məşhurların iştirakı ilə xeyriyyə konserti təşkil etmişlər.
Bu gün H.Əliyev Sarayının rəhbərliyi Autizmli uşaqları ziyarət etmiş və məşhurların iştirakı ilə xeyriyyə konserti təşkil etmişlər. Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun Azərbaycan nümayəndəsinin xanımı Xanım Cihankua Herevard da həmişə olduğu kimi autizmli uşaqlarla bir yerdə olmuşdur. Autizmli övladı olan valideynlər Xanım Chankuaya təşəkkürlərini bildirmişlər.
- 17/5/2013 “Müharibə Veteranları və Beynəlmliləçi Hərbçilər” İctimai Birliyi
“Müharibə Veteranları və Beynəlmliləçi Hərbçilər” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Ordudan tərxis olunmuş hərbiçlərin mülkü həyata adaptasiyası istiqamətində lobbiçilik ” layihəsini həyata keçirir.
- 14/5/2013 “GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyi
“GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatla rına Dövlət Dəstəyi Şurası 2013-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə qalib olmuşdur. “Ağsu rayonunda məhdud hərəkətli insanlar üçün dərzilik sənəti üzrə sürətləndirilmiş ixtisas kursunun təşkili” adlı layihənin icarsına başlanılması münasibəti ilə bağlı DƏİRMİ MASA keçirildi.
- 2/5/2013 Ümummilli lider Heydər Əliyevin əlillərə qayğısı yüksək humanizm nümunəsidir
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olaraq, mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə «Əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti və qarşıda duran məsələlər» mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri, professor Mayis Əliyev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctiмai Birliyinin sədri Mehdi Mehdiyev, Sumqayıt Əlillərin Bərpa Mərkəzinin direktoru Şaban Eyvazov və digər əlil birliklərinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin ölkə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində misilisz xidmətlərindən söz açıblar.
- 24/4/2013 “Hamı üçün bərabər imkanlar - “Əlilliyi olan insanların təhsil hüquqları”
A zərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini həyata keçirir. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Fəaliyyət planına uyğun olaraq 24 aprel 2013-cü il tarixdə Lənkəran şəhərində
“Hamı üçün bərabər imkanlar - “Əlilliyi olan insanların təhsil hüquqları”
mövzusunda dəyirmi masa keçirilmişdir.
- 16/4/2013 17 aprel Ümumdünya Hemofiliya günüdür.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 16 aprel 2013-cü il tarixdə Ümumdünya Hemofiliya günü ilə əlaqədar tədbir təşkil etmişdir. Assosiasiyanın sədri Gülnarə Hüseynova tədbir iştirakçılarına hemofiliya, problemlər və görülən işlər barədə ətraflı məlumat vermiş, film nümayiş olunmuşdur.
Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova , Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Yeganə Cəfərova , Milli QHT Forumunun idarə heyətinin sədrinin müavini Qorxmaz İbrahimli, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Sosia Hüquqların Araşdırılması ictimai birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış etmişlər.
Hemofiliyalı xəstələr üçün maraqlı konsert və əyləncə proqramı nümayiş olunmuşdur.
- 10/4/2013 Sosial xidmətlər sahəsində gələcək fəaliyyət istiqamətləri müəyyən olunub
- 9/4/2013 “Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir” layihəsi
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə həyata keçirdiyi “Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır.
- 9/4/2013 Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsini
RESS - RELİZ № 01
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, 05 aprel 2013 – cü il tarixindən – 05 avqust 2013-cü il tarıxinə kimi, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsini həyata keçirdəcəkdir.
- 2/4/2013 2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günüdür.
2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62/139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur.
XXI əsrin psixoloji problemi olan “Autizm” qlobal olaraq ölkəmizdə də həlli vacib problem sayılır. 02.04.2013-cü il tarixdə “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyində bu münasibətlə tədbir təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə mərkəzin sədri Çiçək xanım MƏMMƏDLI açmışdır.
- 2/4/2013 “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” mövzusunda treninq – seminar
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” problemlərinin müzakirəsinə həsr olunmuş 3 günlük treninq – seminar təşkil etmişdir.
Treninq - seminar 27-29 mart 2013-cü il tarixində Heydər Əliyev Fondu və Rusiya Federasiyasının “UralSib” Maliyyə Korporasiyası tərəfindən Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa olunmuş yeni Reabilitasiya Mərkəzində keçirilmişdir.
- 30/3/2013 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir. Gündəlikdə ƏTİ-nin növbəti ümumi yığıncağının keçirilməsi və bundan irəli gələn təşkilati məsələlərə baxılmışdır. Ümumi yığıncağın may ayının 4-də Qəbələ şəhərində, İttifaqın Regional Resurs Mərkəzində keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq tətbirlərdə iştirak, Yeni üzvlərin qəbulu, cari məsələlərə baxılmışdır.