ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 25/2/2016 “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inteqrasiyalı təhsil mərkəzlərinin əsasının qoyulması”
25 fevral 2014-cü il tarixdə Avropa Birliyinin “ “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali Təhsil Müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”” Tempus layihəsi çərçivəsində Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən Sağlamlıq imkankları məhdud gözdən əlilliyi olan uşaqlar üçün Respublika internat orta məktəbinin 11-12 sinif şagirdləri üçün məlumat sessiyası keçirilmişdir.
- 20/2/2016 Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar tədbir keçirildi
Sumqayıt şəhəri Nərman Nərmanov adına Mədəniyyət evində Mina Qurbanlarına Dəstək İctimai Birliyi, Fizuli rayonu 7 saylı tam orta məktəb və Xocalı İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə QHT rəhbərləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
- 17/2/2016 Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi nümayiş olunmuşdur
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi “Atəşkəs” sənədli filmi azərbaycan dilində nümayiş olunur.
- 15/2/2016 Artıq həmin tarixdən bizi 27 il ayırır

- 10/2/2016 Əlverişli mühitdən inkluziv cəmiyyətə doğru
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə
- 10/2/2016 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş iclası
09 fevral 2016-cı il tar ixdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş iclası keçirilmişdir. İclasın gündəliyi:
1. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-şurasına və Bakı Dövlət Universitetində yaradılacaq İctimai şuraya namizədlərin seşilməsi və bu istiqamətdə fəaliyyətlərin aparılması
2. Üzvlüyə qəbul
3. Cari məsələlər
- 10/2/2016 Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi
9 fevral 2016 – cı il tarixdə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi yüksə səviyyədə qeyd olundu. Tədbirlərdə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven iştirak etmişdir.
- 3/2/2016 Əlillik müayinəsinin nəticəsi barədə məlumatı telefon vasitəsilə əldə etmək mümkündür
Vətəndaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib.
- 2/2/2016 Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub
28 yanvar 2016-ci ildə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub. Veriliş zamanı Davud müəllim inklüziv təhsillə əlaqədar Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar, qəbul etdiyi qanunlar və hal-hazırda Azərbaycanda əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər haqqında danışıb.
- 29/01/2016 İctimai Şuranın cari il üçün Fəaliyyət planı təsdiq edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın 2016-ci il üçün Fəaliyyət planı, Şuranın üzvlərindən ibarət olmaqla Nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupun yaradılması, “İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu”nun hazırlanması,
- 26/1/2016 Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq üçün müvafiq e-xidmətdən istifadə sadələşdirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Elektron Hökumət” Portalına yeni inteqrasiya etdiyi xidmətdən istifadə sadələşdirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə
- 22/1/2016 Tvinninq layihəsi başa çatıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunlarına dair tədbir keçirilib.
- 19/1/2016 Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir neçə fərman imzalayıb
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 19/1/2016 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
Səlim Müslümov: “20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb”
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.
- 18/1/2016 “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”
Tədbirin əsas məqsədi layihə, görülmüş işlər haqqında ictimai məlumatlandırmanın aparılması olmuşdur. Qeyd edilib ki, mövcud problemlərlə bağlı ilkin müzakirələrin aparılması, bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiqi, yerli tərəfdaş universitetlərdə “Əlilliyi olan tələbələr üçün mərkəz”lərin yaradılması qarşıda duran əsas vəzifələrdir.