ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 5/5/2022 Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin olunub.
Ümumilikdə son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.
- 5/5/2022 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü
Mayın 5-i bütün dünyada beynəlxalq əlilliyi olan şəxslərin hüquqları günü kimi qeyd olunur. 1992-ci ilin bu günündə ilk dəfə olaraq 17 Avropa ölkəsindən olan əlilliyi olan şəxslər əlilliyi olan insanların bərabərliyi, fiziki, əqli və ya hissiyyat çatışmazlıqları olan insanlara qarşı ayrı-seçkiliyin qarşısının alınması üçün mübarizə aksiyası keçiriblər.
- 5/5/2022 “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi
https://www.youtube.com/watch?v=B5yL0pxTV1Y
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilir.
- 4/5/2022 DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri müsabiqənin qalibi olub.
- 4/5/2022 Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Təşkilatın bir neçə ay əvvəl başlatdığı “BSTA-nın ən yaxşı təcrübəsinə görə mükafat” müsabiqəsinin nəticələri geniş auditoriyaya elan edilib.
- 4/5/2022 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı tədbirində Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan “Xəzər” markalı 50 avtomobil müharibə əlillərinə artıq təqdim olunub.
- 4/5/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 2/5/2022 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.
https://video.azertag.az/site/video/141020
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi.
- 4/5/2022 Yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda açılışı olan yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
- 4/5/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 4/5/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 30/4/2022 “Köhnə çamadanlar” bədii filminin təqdimatı oldu
Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” inklüziv teatr MMC-nin istehsalı olan “Köhnə çamadanlar” bədii filminin təqdimatı olub.
- 30/4/2022 Ramazan bayramı ərəfəsində şəhid Hacırza Rzayevin ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev 4 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Rzayev Hacırza Fikrət oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şanlı tarix yazan qəhrəmanlarımızdan biri olan H.Rzayev bu döyüşlərin birində şəhid olub.
- 30/4/2022 Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
O.Əkbərov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
- 29/4/2022 Şəhid Elvin İslamovun ailəsi ziyarət olundu
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Vətən Müharibəsi şəhidi İslamov Elvin Elçin oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.