ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 13/9/2021 Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.
- 11/9/2021 Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib
Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.
- 10/9/2021 “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatına dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na başlanmasından artıq üç ay ötür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona ötən dövr ərzində artıq 497 işəgötürən qoşulub. Onlardan 261-i dövlət, 236-sı özəl müəssisələrdir.
- 9/9/2021 Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib
Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli adıçəkilən şöbələrin fəaliyyəti haqqında İctimai Şura üzvlərinə ətraflı məlumat verib.
- 7/9/2021 Uğur əngəl tanımır
Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan əlil şəxslərin cəmiyyətdə uğur qazanmaları çox da asan olmur.
- 7/9/2021 “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb
Tokioda (Yaponiya) keçirilən XVI Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu bu gün Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında paralimpiyaçılarımızın qarşılanma mərasimi olub.
- 7/9/2021 “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə çatıb. Onlardan 251-u dövlət, 227-i özəl müəssisələrdir. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyır.
- 7/9/2021 ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.
33 il Vətəndaş Cəmiyyəti Sektorunda. 1989-cu ildən QHT sektorunda fəaliyyətə başladım. İlk olaraq Azərbaycan Əlillər Cəmiyyətinin yaradılması prosesləri, 1991-ci ildən Əlillərin Beynəlmiləl Əməkdaşlığı Uğrunda cəmiyyəti, 1994-cü ildən Nizamnamədə dəyişiklik olmaqla Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyəti,
- 6/9/2021 Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:
- 6/9/2021 Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə qərara alıram:
- 6/9/2021 Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif edilsinlər:
- 4/9/2021 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclaslarının təşkili, keçirilməsi, sənədlərin və qərarların qəbul edilməsi Qaydası” müzakirə edilərək təsdiq olunub.
- 4/9/2021 Yenilməzlər komandası zəfər çaldı!
Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Tokio Paralimpiya oyunlarında yüksək nəticə göstərdiklərinə, yenilməzlik nümayiş etdirərək möhtəşəm nailiyyətlər əldə etdiklərinə görə Azərbaycan Respublikası Paralimpiya Komitəsinin rəhbərliyini, məşqçiləri, paralimpiyaçıları, əməyi olan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. TƏBRİK EDİRİK!
- 31/8/2021 Təbrik edirik!
Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh 100 metr sərbəst kateqoriyasında 52.69 saniyəlik nəticə göstərərək qızıl medal qazandı.
- 31/8/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu