ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 4/5/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 4/5/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 30/4/2022 “Köhnə çamadanlar” bədii filminin təqdimatı oldu
Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” inklüziv teatr MMC-nin istehsalı olan “Köhnə çamadanlar” bədii filminin təqdimatı olub.
- 30/4/2022 Ramazan bayramı ərəfəsində şəhid Hacırza Rzayevin ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev 4 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Rzayev Hacırza Fikrət oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şanlı tarix yazan qəhrəmanlarımızdan biri olan H.Rzayev bu döyüşlərin birində şəhid olub.
- 30/4/2022 Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
O.Əkbərov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
- 29/4/2022 Şəhid Elvin İslamovun ailəsi ziyarət olundu
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Vətən Müharibəsi şəhidi İslamov Elvin Elçin oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
- 28/4/2022 Şəhid Vüsal Teymurovun ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Şuşa istiqamətində gedən döyüşdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
- 28/4/2022 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” adlı layihəsinin icrasını davam etdirir.
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hüquqi problemlərinin çözülməsində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olmasını onların qanuni mənafelərinin müdafiə olunmasınında çətinliklərin nəzərə alaraq Salyan, Astara və Cəlilabad rayonlarında tədbirlər təşkil etmişdir.
- 27/4/2022 Ümumdünya Əməyin Mühafizəsi Günü
İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan edilib. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib.
- 27/4/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 26/4/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 25/4/2022 Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə altsistem hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem hazırlanır.
FRAP əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.
- 25/4/2022 “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” - Xaçmaz
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” yardımı ilə adlı layihəsi qrafika uyğun 22 aprel 2022-ci il tarixində Xaçmaz rayonu Turizm İdarəsində nəzərdə tutulduğu kimi uğurla keçirildi.
- 23/4/2022 Bizimlə addım atın...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx əlilliyi olan şəxslərin aktiv həyata dönüşü üçün onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik vasitələrlə təminatından bəhs edir.
- 22/4/2022 Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyi layihəsinin icrasına davam edir
Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrasını davam etdirilir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.