21 Oktyabr 2017-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

15/5/2014 ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub

 ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Onlar BAMF sədri Umud Rəhimoğlu, “Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhimli, “Avrasiya Kredit” - Bank olmayan MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunin iştirakı ilə geniş görüş keçiriblər. 

Daha ətraflı

13/5/2014 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir.

  

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi, mayın 13-də mərkəzdə ictimaiyyət nümayəndələri, tanınmış xanəndələr və müğənnilərlə görüş keçirilib. 

Daha ətraflı

8/5/2014 Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində maraqlı tərəflərin ehtiyaclarının dəyərləndirilməsi üzrə təlim. (ESFİDİP layihəsi)

6-8 may tarixində Xəzər universitetində Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində maraqlı tərəflərin ehtiyaclarının dəyərləndirilməsi üzrə təlimi keçirilmişdir. Layihənin məqsədi əoş-lərin ali təhsil müəssisələrinə çıxışının asanlaşdırılması üçün qabaqcıl Avropa birliyi təcrübəsinin tətbiqidir. Layihəyə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir. Layihə özündə Avropa ölkələrindən olan Qraz universiteti (Avstriya), Makedoniya universiteti (Yunanstan), Lodz universiteti (Polşa), Avropa Vətəndaş institutu məsləhətçi (Niderland) və Azərbaycandan Xəzər universiteti (kordinator), Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Əlil Təşkilatları İttifaqı (ƏTİ) partnyor təşkilatları birləşdirir. (Davud Rəhimli) 

Daha ətraflı

4/5/2014 “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kompanyalar”

Azərbaycan Respublikası Əlil Qadinlar cəmiyyəti (ƏQC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kompanyalar” Layihəsini həyata keçirir.

4-aylıq fəallıq Kompanyası 01mart tarixdən -01 iyul 2014-cü il tarixinə qədər davam edəcəkdir.

 

Daha ətraflı

25/4/2014 Ağdam rayonunda 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

Aprelin 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib. 

Daha ətraflı

23/4/2014 Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə minik avtomobilləri təqdim edilib

      
 

   Aprelin 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə “Naz-Lifan” markalı minik  avtomobilləri təqdim edilib.

 

Daha ətraflı

22/4/2014 17-20 Aprel Türkiyənin İstambul şəhərində Beynəxalq Türkiyə Hemofiliya Konqresi keçirilmlşdir.

Beynəlxalq Hemofiliya Konqresində Azərbaycan nümayəndə heyyəti iştirak etmişdir.  4 nəfərdən ibarət olan Azərbaycan iştirakçıları Türkiyədə çalışan həkimlər və tibb bacıları ilə bir araya gəldilər.

3H (Halk-Hemofili-Hekim) Omuz Omuza (Çiyin Çiyinə) Şuarı altında olan Konqresdə Hemofiliyanın müalicəsində yeni nailiyyətlərlə bərabər qanın laxtalanma faktor konsentratları dərman preparatlarının həcminin yetərincə olması mövzusu önə çəkilmişdir. 

Daha ətraflı

16/4/2014 Dünya Hemofiliya Günü

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası  növbəti dəfə də olaraq, bu il də Dünya Hemofiliya Günü münasibəti ilə kütləvi informasiya vasitələrində  təbliğat və maarifləndirmə işləri aparır.

Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycanda artıq 15 ildir ki,  bu gün təntənəli qeyd olunur 

Daha ətraflı

16/4/2014 BMT-nin Əlilliyi Olan Şəxslər üzrə Komitəsinin Azərbaycan hökumətinə təklifləri

        

 

 

BMT-ni Əlilliyi olan şəxslər üzrə Komitəsi  Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslər haqqında Konvensiyası”na  (ƏOŞHK) dair ilk hesabatı ilə əlaqədar hökumətə son qeyd və təklifləri hazırlamışdır. Sənəddə sözügeden Konvensiyanın yerinə yetirilməsi ilə əlaqədar görülən işlərlə yanaşı yerinə yetirilməmiş və yerinə yetirilməsi vacib məqamlərı hökümətin nəzərinə çatdırılr. 

Daha ətraflı

11/4/2014 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası

             Bakı şəhəri, ƏTİ-nin offisi, 11 mart 2014-cü il, saat 15.00             Azərbaycan Respublikası Əlil Təşkilatları   İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

Gündəlik:

1. 31 mart - 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası və orada ƏTİ nümayəndə heyətinin iştirakı barədə məlumat.

2. ƏTİ-nin növbəti ümumi yığıncağı

3. Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planı.

4. Cari məsələlər

Daha ətraflı

7/4/2014 Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri təşkil ediləcək

 

 

"Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili”  adlı layihəni həyata keçirir. 

Daha ətraflı

4/4/2014 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.

  Sesssiyada BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikası, Şveçariya, Kosta Rika, Meksikanın ilk məruzələri təqdim olunmuşdur. Azərbaycan tərəfindən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov olmaqla aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən, QHT təmsilçilərindən  ibarət olan nümayəndə heyəti  və vətəndaş cə miyyətinin nümayəndələri iştirak etmişlər. 

Daha ətraflı

2/4/2014 2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.

  qhtxeber.az//  BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) Autizm-U şaq İnkişaf Mərkəzi (PRİM) ilə birlikdə 2 aprel  Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.

 
Autizmli uşaqların sosiallaşması və cəmiyyətdə onlara münasibətin dəyişilməsi məqsədi ilə maraqlı proqram təşkil olunub. 

 

Daha ətraflı

14/3/2014 Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlarda Aİ-nin TAİEX proqramı çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü təcrübə mübadiləsi həyata keçirir. 

Daha ətraflı

12/3/2014 Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.

Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.

Tədbirdə çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov fəal gənc Sevda Cəfərovanın bu fərdi layihəsinin Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsində qalib gəldiyini deyib. Qeyd edilib ki, diabetli gənclərin cəmiyyətə adaptasiyasında və onların düzgün maarifləndirilməsində bu tip layihələrə böyük ehtiyac var. “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi də eyni qəbildəndir.  

 

Daha ətraflı




Flag Counter