ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 7/4/2022 QHT-lər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
QHT.az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
- 7/4/2022 "Şuşa İli"nə həsr edilmiş xüsusi qrant müsabiqəsinin elanı
Qeyri-hökumət təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edir.
- 7/4/2022 Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.
- 5/4/2022 DOST Agentliyi Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb
DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin qalibi olub.
Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədi daşıyıb.
- 4/4/2022 “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” layihəsi
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin mü əyyən edilməsi və həlli yolları” adlı layihəsi qrafika uyğun 04 aprel 2022-ci il tarixində Qusar rayonu Gənclər Evində nəzərdə tutulduğu kimi uğurla keçirildi.
- 2/4/2022 Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində 2 aprel Dünya Autizm Məlumatlandırma Günü qeyd olundu.
2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.
Bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.
- 1/4/2022 “Qəbələ Üşaq və Ailələrə Dəstək Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.
- 1/4/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 1/4/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 31/3/2022 “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə tədbir keçirib
Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Martın 31-də “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
- 29/3/2022 Birləşmiş Ərəb Əmirlikləri ilə sosial sahədə gələcək əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İcma İnkişafı Nazirliyi arasında ikitərəfli əməkdaşlığın qurulması üçün geniş imkanlar mövcuddur.
Bu fikir BƏƏ-nin Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin icma inkişafı üzrə naziri xanım Hessa Bint Essa Buhumaidin görüşündə vurğulanıb.
- 28/3/2022 Nazir Sahil Babayev Dubayda İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan - BƏƏ KOB Forumunda çıxış edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması" mövzusunda 11-ci İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan - BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumda çıxış edib.
- 28/3/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 27/3/2022 Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə yaz tətilində uşaqların vaxtının səmərəli keçirilməsi məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində sağlamlıq imkanları məhdud uşaqlara təlimlərin keçirilməsini davam etdirir.