11 Dekabr 2017-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

3/3/2014 “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsi

    

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Dünyaya Baxış” (World Vision) Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı”  adlı layihəsini həyata keçirməyə başlamışdır. 

Daha ətraflı

26/2/2014 XOCALI SOYQIRIMI - 26 Fevral 1992

 Hər bir Azərbaycanlı bilməlidirki, Azərbaycan xaqlının yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr ermənilər tərəfindən gətirilib, dinc Azərbaycanlılar misli görünməmiş qəddarlıqla qətlə yetirilmişdir.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. 

Daha ətraflı

21/2/2014 Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa

21 Fevral tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə  dəyirmi masa təşkil etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirməkdır. 

Daha ətraflı

14/2/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur. İclasda ƏTİ-nin prezidenti Davud Rəhimli 2013-cü ildə görülən işlər barədə məlumat verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə ƏTİ üzvlərinin Sumqayıtda fəaliyyət göstərən üzvlərinin bazasında Sumqayıt regional şöbəsi yaradılmışdır. Şöbənin sədri I qrup əlil Samir İmanov təyin olunmuşdur.

       İdarə heyəti BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Konvesiya üzrə paralel hesabat və ondan irəli gələn məsələlər, milli qanunların sözügedən Konvensiyaya uyğunlaşdırılması sahısində görülən işlər barədə məlumatlar dinlənilmişdir. 

Daha ətraflı

7/2/2014 Bakıda “Azərbaycan əlilliyi olan insanların təşkilatları və BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiya (ƏOŞHK) üzrə paralel hesabat” mövzusunda seminar keçirilmişdir.

 

Tədbirdə BMT-nin sözügedən Konvensiyası üzrə Əlil Təşkilatları İttifaqı tərəfindən paralel hesabatın hazırlanması və təşkilat nümayəndələri tərəfindən 2-13 sentyabr 2013-cü ildə Genevrədə Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 10-ci sessiyasında təqdimatı olduğu nəzərə çatdırılmışdır.  Əlil Təşkilatları İttifaqının 31 mart-11 aprel 2014-cü il tarixdə Genevrədə BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında iştirak edəcəyi bildirilmişdir. 

Daha ətraflı

24/1/2014 Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli və beynəlxalq partnyorların iştirakı ilə iki günlük seminar keçirilmişdir.

Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli və beynəlxalq partnyorların iştirakı ilə iki günlük seminar keçirilmişdir. Seminarda partnyor təşkilatların təqdimatları olunmuşdur. Layihənin fəaliyyət planında nəzərdə tutulmuş işlərin həyata keçirilmə yolları müzakirə olunmuşdur. 

Daha ətraflı

17/1/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsi

Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Fəaliyyətlərin dəstəklənməsi üçün əlilliyi olan şəxslərin birləşdikləri təşkilatlar və fəaliyyətində əlillik məsələlərinə diqqət verən gənclər təşkilatları tərəfindən “Hamı üçün bərabər imkanlar” koalisiyası yaradılmışdır.

Daha ətraflı

27/12/2013 Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi

“Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirir.

Daha ətraflı

24/12/2013 Prezident İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. 

Daha ətraflı

24/12/2013 Milli nternet Mükafatı - Milli Net 2013 qaliblərinin təqdimat mərasimi keçirilib. Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) 3-cü yerə layiq görülüb və Diplomla təltif olunub.

 

23 dekabr  tarixdə Four Seasons otelində Milli İnternet Mükafatı - Milli Net 2013  qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net  çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, 4 ay müddətində davam edən yarışmadan danışıb, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin uğurla başa çatdığını bildirib.  O, Müsabiqənin getdikcə təkmilləşdiyini və nüfuzunun genişləndiyini vurğulayıb. 

Daha ətraflı

23/12/2013 Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli partnyorlarla görüş keçirilmişdir.

Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli partnyorlarla görüş keçirilmişdir. Görüşün məqsədi yerli partnyorlarla tanışlıq, layihə haqqında məlumatın verilməsi və bu sahədə olan problemlərlə bağlı ilkin müzakirələrin aparılmasından ibarət idi. 

Daha ətraflı

24/12/2013 “Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq”

  

Azərbaycanda dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq.
Bu ba rədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.     Fondun sədri son dövrlər bu sahədə beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınmasının əsas amil kimi nəzərdən keçirilməli olduğunu önə çəkib. Onun sözlərinə görə, əmək pensiyalarının yığım hissəsi sığortaolunanların fərdi hesablarında real pensiya kapitalının toplanmasını, şəxsin pensiya yaşı tamam olana qədər bu vəsaitin idarə olunaraq artırılmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya təminatına yönəldilməsini ifadə edir.

Daha ətraflı

20/12/2013 “Jest dili” kitabının təqdimatına həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edirik.

Siz i “Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekunlarına və “Jest dili” kitabının təqdimatına həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edirik.  

Daha ətraflı

14/12/2013 12-13 dekabr 2013 –cü il tarixdə Tbilisi şəhərində “Əlillərin hüquqları haqqında beynəlxalq konvensiyasın həyata keçirilməsi: Cənubi Qafqaz ölkələri və Moldovadan öyrənilmiş təcrübə və gələcək fəaliyyətlər” mövzusunda regional konfrans keçirilmişdir

Konfransda dörd ölkənin (Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan) hökumət, İnsan Hüquqları üzrə milli təsisatlar, qeyri-hökumət təşkilatları və BMT-ni aidiyyatı qurumunun ölkə nümayəndəlilkləri iştirak etmişlər. Verilən məlumatlara görə belə bir qənaətə gəlmək olar ki, əlillik problemlərinin həlli istiqamətində görülən işlər aşağı səviyyədədir və inkluziv cəmiyyətin formalaşması  istiqamətində əsaslı tədbirlərin görülməsinə ciddi ehtiyac vardır. 

Daha ətraflı

6/12/2013 Beynəlxalq əlillər günü.

  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və World Vision (Dünyaya Baxış) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə aidiyyəti dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi (maddə 9. Müyəssərlik)” mövzusunda konfrans keçirilmişdir.

Daha ətraflı




Flag Counter






» 1/12/2017- “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans

» 1/12/2017- Samux rayonunda İƏSRM-nin üzvləri ilə görüş

» 30/11/2017- “Gənclərin natiqlik bacarıqlarının artırılması”

» 29/11/2017- 3 dekabr beynəlxalq əlilliyi olan insanlar günü Nəsimi rayonunda qeyd edilib

» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir