18 İyun 2019-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

18/4/2019 Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

Hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edilirlər. Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur. Reabilitasiya vasitələri ilə bağlı Nazirlik tərəfindən hazırlanmış yeni qanunvericilik aktının layihəsində, əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılmışdır.  

Daha ətraflı

15/4/2019 “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:  

Daha ətraflı

12/4/2019 Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

12 aprel 2019-cu il tarixdə Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası keçirilmiçdir. Gündəlikdə qoyulan məslələr haqqında ƏTİ-nin prezidenti Davud RƏHİMLİ məlumat vermişdir. Məsələlər ətrafinda çıxış və müzakirələr olmuşdur. "Karlara Dəstək" ictimai birliyi ƏTİ-yə üzv qəbul olunmuşdur. Aprel ayının 25-ə kimi ƏTİ-nin geniş toplantısının keçirilməsi qərara alınmışdır. 

Daha ətraflı

9/4/2019 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

Görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu istiqamətdə mühüm işlər aparılır.   

Daha ətraflı

6/4/2019 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.   

Daha ətraflı

5/4/2019 QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi (Azərbaycan) ilə Beynəlxalq Elm və Təhsil Mərkəzi (INSEC) (Gürcüstan) arasında Aparılan danışıqlardan sonra memorandum imzalanıb. Qeyd edilib ki,Əməkdaşlıq çərçivəsində  qarşıdakı dövrdə təlimlər təşkil  olunacaq. Tərəflər  əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçirəcəkdir.
 

Daha ətraflı

4/4/2019 Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 (beş yüz min) manat ayrılıb.  

Daha ətraflı

3/4/2019 Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

03 mart 2019-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vətəndaşlar və qeyri-kommersiya təşkilatları üçün yeni xidmət mərkəzini təqdim etmişdir.   

Daha ətraflı

3/4/2019 Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.  

Daha ətraflı

2/4/2019 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

Autizm sözü yunan autos sözünün kökündən gəlir, yunan dilində autos sözünün mənası öz və ya özü deməkdir. İlk dəfə autizm (autismus) sözündən məşhur isveşrəli psixiatr E. Bleuler istefadə etmişdir. 1910-cu ildə Bleuler autizm termini ilə şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətrafdakı dünyadan təcrid olunma əlamətlərini təsvir etmişdir.  

Daha ətraflı

1/4/2019 “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Almaniyanın Paytaxtı Berlin şəhərində, Bundestaqda  “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  Konfransda Beynəlxalq Əlil Təşkilatları Birliyinin üzvləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri, Almaniya Bundestaqının üzvləri iştirak etmişlər.  

Daha ətraflı

1/4/2019 Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

Açıq Çempionatın qrup mərhələsində komandamız ilk oyunu Macarıstan yığması ilə keçirilib. Macarlara 3-2 hesabı ilə məğlub olan komandamız növbəti mərhələdə Xorvatiya yığması ilə qarşılaşıb.   

Daha ətraflı

24/3/2019 İdmançılarımıza uğurlar arzulayırıq!

25 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası, baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında 25 mart - 01 aprel tarixlərində Xorvatiyada keçiriləcək Açıq Regional  Çempionatda iştirak etmək üçün yola düşüblər.

  

Daha ətraflı

14/3/2019 “Müyəssər Metro”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında  Anlaşma Memorandumu imzalanıb.

Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.  

Daha ətraflı

14/3/2019 "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 30 nəfər gənc "Xeyirə vəsilə" adlı IV Satış sərgisində iştirak ediblər.  

Daha ətraflı




Flag Counter






» 13/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi davam edir

» 12/6/2019- Gənclər Fondu əlilliyi olan tələbələrin təhsil xərclərini ödəyəcək

» 11/6/2019- Prezident gözdən əlilliyi olan şəxslər üçün mənzil tikintisinə 300. 000 manat ayırdı

» 10/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi

» 9/6/2019- Lənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət məhdudluğu olan əhali qrupları üçün müyyəsərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir

» 07/06 2019- “Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihə

» 1/6/2019- Prezident əlilliyi olan uşaqlara 5 milyon manat ayırdı

» 31/5/2019- “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimatı

» 31/5/2019- QHT İnsan alveri ilə bağlı növbəti maarifləndirilmə tədbirini Gəncə şəhərində həyata keçirdi.

» 29/5/2019- I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün təyin olunması üçün sənəd qəbuluna başlanılıb

» 27/5/2019- Şuranın dəstəyi ilə əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsinə dair yeni layihənin icrasına start verilib

» 25/5/2019- Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.

» 25/5/2019- Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

» 22/5/2019- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müzakirə

» 20/5/2019- Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu

» 20/5/2019- Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətlər

» 18/5/2019- Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib

» 15/5/2019- “IBSA Judo Grand Prix Baku 2019” yarışının yekunları rəqəmlərdə: Azərbaycan medal sayına görə birinci yerdə

» 15/5/2019- Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb

» 14/5/2019- Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu keçirilir