ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 3/3/2022 Əlil Təşkilatları İttifaqının idarə heyətinin iclası keçirilmişdir
03 mart 2022-ci il tarixdə Əlil Təşkilatları İttifaqının idarə heyətinin iclası keçirilmişdir. İclasda ƏTİ-nin növbəti ümumi yığıncağının keçirilməsi məsələsi müzakirə olunmuşdur.
- 3/3/2022 “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları”
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” adlı layihəsi qrafika uyğun 01 mart 2022-ci il tarixində saat 11:00-da Siyəzən rayonu Mədəniyyət Evində nəzərdə tutulduğu kimi uğurla keçirildi.
- 1/3/2022 OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!
- 1/3/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırdı
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Müdafiə Nazirliyi və digər qurumlar üzrə “Müharibə veteranı” adı verilmiş şəxslərə də Prezidentin aylıq təqaüdü təyin edildi.
- 1/3/2022 “İstedadlı Əlillər” İctimai Birliyi Ismayıllıda
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
- 1/3/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Solğun sevgilər” tamaşasının təqdimatı oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Oyun” Teatr-studiyasının əməkdaşlığı çərçivəsində “Solğun sevgilər” tamaşasının təqdimatı olub.
Görkəmli dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan tamaşanın təqdimat mərasimində hökümət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş çəmiyyətinin nümayəndələri iştirak edib.
- 1/3/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 28/2/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 25/2/2022 Əlil Təşkilatları İttifaqının iclası keçirilmişdir
25 fevral tarixdə Əlil Təşkilatları İttifaqının iclası keçirilmişdir. İclasda ƏTİ-nin fəaliyyət planında nəzərdə tutulan müyəssərlik üzrə İşçi qrupunun görülən işlər barədə məlumatı dinlənilmişdir.
- 25/2/2022 Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri vəzifəsinə təyinat olub.
Vüsal Quliyev Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri vəzifəsinə təyin olunub.
- 23/2/2022 “İstedadlı Əlillər” Ictimai Birliyi Sumqayıt şəhəri Poeziya evində əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 5 ay davam edəcək.
- 23/2/2022 Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans başlayıb.
- 22/2/2022 Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Füzuli rayonunda filialı yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.
Agentliyin hazırda paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir.