ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 4/2/2019 İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, dağ xizəyi üzrə İranda keçirilən Asiya çempionatında iştirak edəm idmançımız Gülnar Rəhimova dağ xizəyi üzrə yarışlarda iştirak edib. İdmançımız çempionatın ilk günündə “Giant Slalom” yarışlarında ən yaxşı nəticəni göstərərək 1-ci yerə layiq görülüb.
- 1/2/2019 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair
- 1/2/2019 "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri"
31 yanvar 2019-ci il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) New Baku Hotelində "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində növbəti vorkşop təşkil edib.
- 1/2/2019 Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.
Bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır.
- 31/01/2019 Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib
Yanvarın 31-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı olub.
- 29/1/2019 Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub və nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib.
- 28/1/2019 Prezident əlilliyi olan şəxslərə və şəhid ailələrinə 35 milyon ayırdı
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi,
- 28/1/2019 Prezident şəhid ailələri ilə əlaqədar Fərman verdi
AzərbaycanRespublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- 23/1/2019 "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” 08-10 Fevral 2019-cu il tarixdə "Əlilliyi olan şəxslərin hüquqları:
Qanunvericilik və onun tətbiqi" mövzusunda Jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir
- 23/1/2019 “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib
Proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, eləcə də respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, həmin şəxslərə diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi kimi tədbirlər yer alır.
- 19/1/2019 QANLI YANVAR
- 18/1/2019 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 18/1/2019 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, 1990-cı ilin 20 Yanvar günü xalqımızın tarixinə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi yazılıb. Azərbaycanda istiqlaliyyət uğrunda getdikcə güclənən mübarizənin qarşısını almaq üçün keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam törətdi.
- 12/1/2019 Autizmlilərin İdman Klubunda gürüş
12 yanvar 2019-cı ildə Autizmlilərin İdman Klubunda sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctami Şuranın sədr müavini, “Sosial Hüquqların Araşdırılması” İctmai Birliyinin sədri professor Mayis Əliyevin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
- 29/12/2018 Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin ilin yekunu ilə əlaqədar tərdbiri
29 dekabr 2018-ci il tarixdə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin ilin yekunu ilə əlaqədar tərdbiri keçirilmişdir. ƏTİ-nin prezidenti il ərzində görülmüş işlər və növbəti il üçün görüləcək və planlaşdırılan işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu barədə geniş təsviri və maliyyə hesabatı hazırlanacaqdır. Bu barədə və perespektivdə olan fəaliyyətlər barədə daha müfəssəl məlumatın 2019-cu ilin yanvar ayında nəzərdə tutulan toplantıda veriləcəyi nəzərə çatdırılmışdır.