ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 17/6/2021 Daha 24 şəxsin əyani müayinəsi aparılıb
Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub.
- 17/6/2021 Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır
Trend-in məlumatına görə, bunu ADA Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ADA Universitetinin təşkilatçılığı ilə start verilən “PAŞA Bank ilə başla” layihəsinin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib.
- 17/6/2021 Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq
Bir neçə nəfərin saxta yollarla əlillik dərəcəsi almaq cəhdi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır. Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib. O bildirib ki, bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq:
- 17/6/2021 Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub
Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm Zəfərdən, həmçinin Ramil Yusifovun Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib. Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. O, ailənin yaşayışının hər zaman diqqətdə saxlanacağını vurğulayıb
- 16/6/2021 “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.
“İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib. Bu barədə Əlil Təşkilatları İttifaqına (ƏTİ) İctimai Birliyin yeni sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə 27 may 2021-ci ildə təşkilatda İctimai Birliyin təsicisi və kecmiş sədri Cavad Qasimovun vaxtsız dünyasını dəyişməsi səbəbindən növbədənkənar ümumi yığıncaq keçirilərək yeni sədr seçilib.
- 15/6/2021 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
https://video.azertag.az/site/video/119413
İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
- 15/6/2021 Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.
https://video.azertag.az/site/video/119439
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.
- 15/6/2021 Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,
- 15/6/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 14/6/2021 BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib
Azərbaycanda sosial sahədə aparılan islahatlarda BMT qurumları ilə formalaşan əməkdaşlıq gündəliyi son illərdə yeni birgə layihələrlə xeyli genişlənib və fəal əməkdaşlıq təcrübəsi qarşıdakı dövrdə də davam edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi kimi ölkəmizdə diplomatik fəaliyyətini başa çatdıran Qulam İsakzai ilə vida görüşündə vurğulayıb.
- 15/6/2021 Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi.
- 12/6/2021 Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar
https://video.azertag.az/site/video/119237
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar.
- 11/6/2021 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
İyunun 11-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. Parlamentin Sədri iclası açaraq diqqətə çatdırıb ki,
- 11/6/2021 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Musavat.com xəbər verir ki, Müşahidə Şurasının iclasında Agentliyin fəaliyyətinin qurulması prosesində vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakını təmin etmək məqsədi ilə
- 10/6/2021 “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib
İşəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniyanın -“Məşğulluq marafonu”nun başladılması ilə əlaqədar mətbuat konfransı keçirilib.