ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 29/1/2021 “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.
Baş nazir Əli Əsədov “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.
- 29/1/2021 Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq
Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanacaq yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasını formalaşdıracaq.
Əsas məqsəd əlilliyi olan şəxslər barədə belə bir informasiya bazasının yaradılması ilə müvafiq məlumatların uçotu və təhlillərinin aparılması, əlillik sahəsində xidmətlərin keyfiyyətinin artırılmasıdır.
- 28/1/2021 Ödənişsiz hüquqi xidmətlər.
Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda həssas qruplardan olan insanların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərilir.
- 27/1/2021 “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.
Giriş sözü ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı,
- 27/1/2021 Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən QHT.az-a bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqın da” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
- 27/1/2021 Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişiklik edib.
“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 28/1/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 28/1/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 24/1/2021 “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”” İctimi Birliyi nəzdində fəaliyyət göstərən “Koxlear İmplant” qrupunun hesabatı
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi zəif eşidən, eşitmə cihazı və koxlear implant daşıyıcısı olan uşaq və yeniyetmələrlə də işləyir.
- 25/1/2021 Prezident İlham Əliyevdən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha bir qayğı
Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
- 21/1/2021 Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib. Həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir.
- 20/1/2021 Milli iradəmizin zəfər çaldığı gün.
- 18/1/2021 Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib.
- 18/1/2021 2021-ci ilin hansı sosial hədəfləri var?
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.