ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 6/1/2021 Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, möhtəşəm Zəfərimizin qəhrəmanları sırasında yer alan Nizami Hüseynli, Fərhad Allahverdizadə, Arzu Şükürov, Xəqani Hüseynov və Kamil Balakişiyev ordudan tərxis olunaraq mülki həyatlarına qayıdıblar.
- 5/1/2021 Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
- 5/1/2021 Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk təşəbbüsünü həyata keçirib
100-ə yaxın fiziki məhdudiyyətli və proqramlaşdırma sahəsinə başlamaq istəyən gənclərin iştirakçılığı ilə veb proqramlaşdırma mövzusunda informativ və motivasiyaedici silsilə 7 vebinar baş tutub. Samir Kərimov, Vahid Qasımov kimi peşəkarlar proqramlaşdırma sahəsində spikerlik edib, Nuriyyə Ruslanovanın 4 sessiyalıq praktiki kursu həyata keçib. Və Orxan Fərmanlı freelancerlik mövzusunda çıxış edib.
- 4/1/2021 Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir.
- 3/1/2021 Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq müstəvisində gələn ildən özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq.
Məqsəd özünüməşğulluq proqramının sosial-iqtisadi səmərəliyinin artırılması, regionlarda kiçik biznes təsərrüfatlarının potensial imkanlarının müəyyən olunmasıdır.
- 3/1/2021 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi Respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.
Mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib. Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.
- 2/1/2021 Postmüharibə dövründə 1800-ə yaxın şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə 1800-dək şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.
Onlardan 1540 şəxs (o cümlədən 860 şəhid ailəsi üzvü, 420 yaralanmış qazi və ya ailə üzvü) növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.
- 2/1/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir yaralanmış qazinin ailəsini sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib.
- 31/12/2020 TƏBRİK EDİRİK!
- 31/12/2020 Prezident İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
Şəhid ailələrinə, müharibə əlillərinə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına Prezidentin təqaüdləri artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü təsis edildi
- 30/12/2020 Müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan 100-dək şəxsə avtomobillər verildi
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, o cümlədən onların avtomobillə təminatı tədbirlərinin də ildən-ilə uğurla davam etdirilməsinə imkan verib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov həmin kateqoriyalardan olan vətəndaşlara Nazirlik tərəfindən 96 avtomobilin təqdim edilməsi tədbirində vurğulayıb.
- 30/12/2020 Qərarlarda “əlil” sözü “əlilliyi olan şəxs”, “qüsur” sözü “pozuntu” sözləri ilə əvəz edildi.
Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun tətbiqi ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”,
- 30/12/2020 Şəhid ailəsi üzvləri, qazilər və digər qruplardan olanlarla bağlı sosial-psixoloji dəstək işləri davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri davam edir. Bu tədbirlər çərçivəsində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb.
- 29/12/2020 Sumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun müasirləşdirilməsi işləri çərçivəsində daha bir müəssisə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
- 28/12/2020 Daha 43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə evlər verildi
Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.