ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 4/12/2020 Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
https://video.azertag.az/site/video/108469
Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
- 3/12/2020 Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tar ixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- 3/12/2020 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı
https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirliyinin-melumati-33989.html
Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
- 4/12/2020 "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Azərbaycanda mövcud inklüziv təhsil qanunvericiliyi və siyasətinin təhlili mövzusunda onlayn görüş təşkil olunub.
Görüş inklüziv təhsilə dair Azərbaycan Respublikası qanunvericiliyinin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılması üzrə təkliflərin layihənin hədəf regionlarından olan ictimaiyyət nümayəndələri ilə müzakirəsi məqsədilə keçirilib.
- 4/12/2020 UNDP - 03 dekabr, 2020-ci il tarixində saat 15.00-da Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş tədbir
03 dekabr, 2020-ci il tarixində saat 15.00-da Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş tədbirdə iştirak etməyə dəvət edirik!
Tədbir "Əlilliyi olan Qadınların və Dağlıq Qarabaq Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində keçirilir.
- 4/12/2020 BMT-nin i-h adındanictimai təşkilatlarla növbəti məsləhətləşmə
Bildiyiniz kimi BMT Azərbaycan, Azərbaycan hökuməti, ictimai təşkilatlar, tədqiqat mərkəzləri və digər ikişaf tərəfdaşlarıyla birgə həm COVİD-19, və ikinci Qarabağ mühharıbəsindən yaranan sosial-iqtisadi və ekoloji vəziyyəti daim izləyir, və müəyyənləşdirilmiş ilkin ehtiyacları qarşılamaq üçün birgə tədbirlər həyata keçirir.
- 3/12/2020 3 dekabr beynəlxalq əlilliyi olan insanlart günü münasibəti ilə ƏTİ-də görüş
Bu gün Əlil Təşkilatları İttifaqının (ƏTİ) üzv təşkilatlarının onlayn görüşü keçirilmişdir. Görüşdə təşkilatların pandemiya və Vətən Müharibəsi müddətində gördüyü işlər, rastlaşılan problemlər və onların həlli yolları istiqamətində təkliflər müzakirə olunmuşdur.
- 2/12/2020 Pensiya və sosial müavinətlər

- 2/12/2020 Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi qeyd ediləcək.
- 1/12/2020 Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
“Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”.
- 1/12/2020 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub
https://video.azertag.az/site/video/108247
https://mod.gov.az/az/video-arxiv-047/?vid=33925
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.
- 30/11/2020 Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir.
- 30/11/2020 107 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbənin sevincini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı sahəsində də mühüm addımlar atılır.
- 28/11/2020 Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşdiriləcək
Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” ölkəmizdə uşaqları müdafiə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin reallaşdırılmasına xidmət edir.