ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 10/2/2016 Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi
9 fevral 2016 – cı il tarixdə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi yüksə səviyyədə qeyd olundu. Tədbirlərdə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven iştirak etmişdir.
- 3/2/2016 Əlillik müayinəsinin nəticəsi barədə məlumatı telefon vasitəsilə əldə etmək mümkündür
Vətəndaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib.
- 2/2/2016 Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub
28 yanvar 2016-ci ildə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub. Veriliş zamanı Davud müəllim inklüziv təhsillə əlaqədar Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar, qəbul etdiyi qanunlar və hal-hazırda Azərbaycanda əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər haqqında danışıb.
- 29/01/2016 İctimai Şuranın cari il üçün Fəaliyyət planı təsdiq edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın 2016-ci il üçün Fəaliyyət planı, Şuranın üzvlərindən ibarət olmaqla Nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupun yaradılması, “İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu”nun hazırlanması,
- 26/1/2016 Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq üçün müvafiq e-xidmətdən istifadə sadələşdirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Elektron Hökumət” Portalına yeni inteqrasiya etdiyi xidmətdən istifadə sadələşdirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə
- 22/1/2016 Tvinninq layihəsi başa çatıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunlarına dair tədbir keçirilib.
- 19/1/2016 Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir neçə fərman imzalayıb
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 19/1/2016 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
Səlim Müslümov: “20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb”
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.
- 18/1/2016 “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”
Tədbirin əsas məqsədi layihə, görülmüş işlər haqqında ictimai məlumatlandırmanın aparılması olmuşdur. Qeyd edilib ki, mövcud problemlərlə bağlı ilkin müzakirələrin aparılması, bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiqi, yerli tərəfdaş universitetlərdə “Əlilliyi olan tələbələr üçün mərkəz”lərin yaradılması qarşıda duran əsas vəzifələrdir.
- 7/1/2016 VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA ŞAGİRDLƏRLƏ GÖRÜŞ KECİRİLDİ
Bu gün, Bakı şəhər Təhsil İdarəsinin, Nəsimi rayonu 8 saylı Tam Orta Məktəbin təşəbbüsü ilə, bir qurup müharibə vetranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda görüş keçirildi. Tədbirdə, tanınınmış ictimai təşkilatların nümayəndələrindən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədrinin 1 –ci müavini, Qarabağ müharibəsinin sərhədçi vetranı Mustafa Əliyev,
- 6/1/2016 Əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə mühüm islahat tədbirləri həyata keçirilib (VİDEO - www.udpo.az)
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib.
- 30/12/2015 Beynəlxalq Forumu təsis edildi.
Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərindən olan, Qeyri- Hökümət Təşkilatlarının və digər vətəndaş cəmiyyəti qururmlarının bu gün, Bakıda keçirilən toplantısında İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu təsis edildi.
- 29/12/2015 Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyəti Cəlilabad İcma Əsaslı Reabilitasiya Mərkəzi
9 Dekabr 2015-ci il tarixdə icma əsaslı Cəlilabad Reabilitasiya Mərkəzində Gəncliyə Yardım Fondu tərəfindən fondun nümayəndəsi Salman Əliyevin iştirakı ilə i əlilliyi olan şəxslərə əlil arabaları verildi. Cəlilabad Reabiltasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyəti tərəfindən yaradılmışdır.
- 26/12/2015 İsmayıllıda fiziki əngəlli insanların əl işlərindən ibarət sərgi keçirildi
Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Mətbuat xidmətindən verilən məlumata görə öncə İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, başçının müavini Sevil Əhmədova,
- 25/12/2015 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası
25 dekabr 2015-ci il. 15-00 tarixdə Bakı şəhəri, ƏTİ-nin ofisində ƏTİ-nin növbəti idarə heyətinin iclası keçirilmişdir.
Gündəlik
1. QHT Şuraya təqdim olunacaq layihələrin müzakirəsi
2. Üzvlüyə qəbul
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın fəaliyyət planı ilə əlaqədar müzakirə
4. Cari məsələlər