ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/10/2020 Zəngilanda məscid donuz fermasına çevrilib - Video
https://www.youtube.com/watch?v=1SjeOC3DUGo
“Ermənilər tərəfindən donuz fermasına çevrilən Azərbaycan məscidi. Bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan rayonunda tapılan bu yer Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycan irsinə tamamilə məhəl qoymadığını göstərir.
- 23/10/2020 Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.
- 22/10/2020 Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO
https://video.azertag.az/site/video/105153
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
- 21/10/2020 Qarabağ Azərbaycandır!
Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
- 20/10/2020 Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
- 19/10/2020 Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib
https://video.azertag.az/site/video/104805
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agen tliyinə videomüsahibə verib. AZƏRTAC videomüsahibəni təqdim edir.
- 19/10/2020 Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı layihənin icrasına başlayıb. Layihə əslən başqa millətdən olan Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş olan oğul və qızlarımızın əziz xatirəsinə həsr olunur.
- 19/10/2020 Qarabağ Azərbaycandır!
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!
- 19/10/2020 Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.
- 19/10/2020 Xəbərin Başlığı
Xəbərin Anonsu
- 19/10/2020 Xəbərin Başlığı
Xəbərin Anonsu
- 19/10/2020 Xəbərin Başlığı
Xəbərin Anonsu
- 17/10/2020 Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq
Son günlər hər birimiz yaddaşımızda əbədi izlər buraxacaq hadisələr yaşamaqdayıq. Fərəh, qürur, sevinc və eyni zamanda, şəhidlərimizə görə ağrı hissləri hər birimizi bürüyüb.
- 17/10/2020 Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.
https://video.azertag.az/site/video/104555
Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin!