ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 8/7/2020 QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB "Jest dilində məlumatlandırma" layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
- 6/7/2020 Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bu proqramlar daha da genişlənir.
- 1/7/2020 Vebinar. ZP MMBA
- 1/7/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar
Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanlar sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması məqsədilə aparılan böyük struktur islahatı prosesində yeni irəliləyişlərə təminat yaradır.
- 1/7/2020 Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR
#EaP in-də kütləvi sosial-iqtisadi böhranın qarşısını almaq üçün sosial dialoq vacibdir. Bugünkü WG5 tərəfdaş iclasında iştirakçılar, müxtəlif COAİV ölkələrində # COVID19-un təsiri və işçi hüquqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolunu müzakirə etdilər.
- 28/6/2020 "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.
HƏMKARLARIMIZI TƏBRİK EDİR, YENİ UĞURLAR ARZULAYIRIQ!
İctimai Birlik 28 iyun 2019 - cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və bu qısa müddət ərzində geniş fəaliyyəti olmuşdur. İctimai Birliyin şüari "Hər şey sizin öz əlinizdədir. Sədəcə Jest edin", əsas məqsədi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin inkluzivliyinə dəstək olmaqdır.
- 27/6/2020 Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb
Mühüm sosial-iqtisadi önəm kəsb edən bu layihənin hazırlanması və imzalanması Prezident İlham Əliyevin 2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşü zamanı özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair əldə olunmuş razılığın nəticəsidir.
- 26/6/2020 ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB
25 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pand emiyası dövründə səhiyyə sistemlərinə dəstəyi - Beynəlxalq təcrübə" mövzusunda növbəti onlayn konfrans keçirilib.
- 23/6/2020 “Benefisiar məlumatların açıqlığına necə olaq?”
Hazırda Azərbaycanda dövlət satınalmalarında, büdcə vəsaitlərindən, neft gəlirlərindən istifadədə, şəffaflıq və hesabatlılığın təmin edilməsi, maraqlar toqquşması, nufuz alveri hallarının müəyyənləşdirilməsinə əsas maneələrdən biri də benefisiar sahibliklə (şirkətlərin gerçək sahibləri, onlara real nəzarət edən şəxslər) bağlı məlumatların açıq olmamasıdır.
- 23/6/2020 “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.
18 iyun. Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının Azərbaycanın 37 şəhər və rayonunda həyata keçirdiyi 27 aylıq layihə nəticəsində, 662 qadın sahibkarlıq üzrə bilik və bacarıqlar əldə edib və 129 qadın şəxsi biznesinə başlamaq üçün ilkin kapital maliyyəsi alıb.
- 23/6/2020 Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.
Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub,
- 22/6/2020 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi
Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər.
Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.
- 19/6/2020 VƏRƏM VƏ COVİD-19 PANDEMİYASI İLƏ BİRGƏ MÜBARİZƏ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ONLAYN BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əl aqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində
- 18/6/2020 "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.
- 16/6/2020 Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB-nin jest dilində yeni filmi
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB "Jest dilində məlumatlandırma " layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.