ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 9/1/2020 Internet informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün müyəssər olacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.
- 9/1/2020 Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib.
Onlar aşağıdakılardır:
- 8/1/2020 Pensiya və müavinat arasında uyğunsuzluq aradan qaldırılıb
Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.
- 31/12/2019 2020
- 30/12/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatında yüksək vəzifəyə təyin olunub
Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.
- 28/12/2019 Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib. HYATT Regency Baku otelində baş tutan tədbiri açan komitə prezidenti İlqar Rəhimov 2019-cu ilin Paralimpiya Komitəsi üçün məhsuldar olduğunu qeyd edib.
- 27/12/2019 Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.
Müsabiqəyə 01 avqust 2019-cu il tarixindən noyabrın 20-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar),
- 24/12/2019 Əlilliyi olan uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.
Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri, Binəqədi rayonu üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.
- 24/12/2019 İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib
Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.
- 24/12/2019 Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.
- 24/12/2019 Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncamı dövlət başçısının həmin ailələrə xüsusi qayğısının daha bir təzahürüdür
Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə
- 23/12/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə və ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub.
Akademik Milli Dram Teatrında təqdim edilən tamaşanın premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev,
- 19/12/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Dekabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir reabilitasiya müəssisəsinin – Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
- 17/12/2019 Prezident cənab İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində növbəti mühüm addımdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar ölkəmizdə vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir.
- 17/12/2019 “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirildi
Uğurlu sosial siyasət sosial xidmətlərin əhatəliliyinin və ümumən cəmiyyətdə sosial məsələlərin həllində rolunun artırılmasını təmin edib. Bu sahədə qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq ildən-ilə genişlənir, nazirliyin sosial sifarişi ilə icra edilən və həssas qrupları, habelə sağlamlıq imkanları məhdud uşaqları əhatə edən sosial xidmət layihələrinin sayı dəfələrlə artaraq 195-ə çatıb.