ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 16/12/2019 “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı”
Layihə çərçivəsində Qəbələ şəhərində gənclər üçün düşərgə təşkil edilib. Düşərgəyə Nəsimi festivalında uğurlu nəticə göstərən 20 nəfər yaradıcı gənc qatılıb. Düşərgədə təcrübəli təlimçilər tərəfindən gənclərə “Uğur formulu”, “Effektiv bilik əldə etmə metodları”, “Kitab oxumağın üstünlükləri”, “Niyə kitab oxumalıyıq”, “Zamanın və həyatın idarə edilməsi”, eləcədə gənclər üçün interaktiv oyunlar, bilik yarışları, qrup işləri təşkil edilmişdir.
- 13/12/2019 “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert
“Musiqidən- Ürəklərə” adlı inklüziv konsert tədbiri çərçivəsində UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev fiziki məhdudiyyətli şəxslərin sosial rifah halının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinin ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu deyib.
- 13/12/2019 Bakı İdman Sarayında Boccia idman növü üzrə "Seni Cup" Azərbaycan Çempionatı keçirilib
13 Dekabr Bakı İdman Sarayında Boccia idman növü üzrə "Seni Cup" Azərbaycan Çempionatı keçirilib. Yarışda beş kateqoriya üzrə - BC1, BC2, BC3, BC4 və BC5 kateqoriyaları üzrə 60 idmançı mübarizə aparıb.
- 13/12/2019 Finlandiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib.
Azərbaycanın və Finlandiyanın dövlət himnləri səsləndirildikdən sonra səfir xanım Arya İnkeri Makkonen çıxış edərək ölkəsinin müstəqillik yolundan danışıb.
- 12/12/2019 Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunur
Dekabrın 12-də səhər saatlarından başlayaraq insanlar axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anırlar.
- 12/12/2019 Xəbərin Başlığı
Xəbərin Anonsu
- 10/12/2019 Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərini istifadəyə verdi.
- 10/12/2019 Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) BMT-nin Ölkə ofisi ilə birgə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirib.
- 04/12/2019 Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu mövzusunda tədbir keçirilib
Ombudsmanın Gəncə Regional Mərkəzinin və Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində əlilliyi olan vətəndaşların iştirakı ilə 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” mövzusunda tədbir keçirilib.
- 3/12/2019 Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
- 3/12/2019 “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”
3 dekabr beynəlxalq əlillər günü münasibəti ilə Lənkəran şəhərində dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində təşkil olunmuşdur.
- 2/12/2019 Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir
Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir.
- 2/12/2019 Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış,
- 2/12/2019 Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçirilib.
- 30/11/2019 Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb
Prezident Administrasiyasında yeni şöbə yaradılıb.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi yaradılıb. Şöbə müdiri postuna təyinat olmayıb.