ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 30/7/2012 Əlil Təşkilatları İttifaqının regionlarda tədbirləri
www.udpo.az
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.
Tədbirlər planına uygun olaraq iyulun 26-da Göygöl rayonunda dəyirmi masa, 27-də Gəncə, 28-də Şəki şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmilər.
İki il yarım müddətində yerinə yetiriləcək tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulmuşdur.
- 12/7/2012 “MƏQSƏDƏ ÇATMAQ” adlı Təlim. "GÜLSAM" ƏRİB
11.07.2012 ci il tarixdə QƏBƏLƏ RAYONUNDA "GÜLSAM" ƏLİLLARİN REABİİLİTASİYASI İCTİMAİ BİRLİYİ AMERİKA SÜLH KORPUSU TƏRƏFİNDƏN GƏNC QIZLAR DÜŞƏRGƏSİNƏ “MƏQSƏDƏ ÇATMAQ” adlı Təlimə dəvət olundu. "GÜLSAM" ƏRİB-in rəhbəri Gülnarə SƏLİMOVA bir neçə Azərbaycan Respublikasının regionlarından gəlmiş Gənc xanımlara qazandığı uğurlu nailiyyətlərindən və qarşıya qoyulmuş məqsədlərindən bəhss etdi və gənc xanımları qarşılarına qoyduqları hər-hansı məqsətlərinə nail olmaq üçün iradəli olmağa, sağlamlıqlarını qorumağa çağırdı. Füesətdən istifadə edərək, gənc xanımlarmızı əlillərmizin cəmiyyətdə qarşılaşdıqmız bəzi problemlər barədədə açıqlama etdi. "GÜLSAM" ƏRİB-in fəaliyyətləri barədə Gülnarə xanımı gənc xanımlar, Amerika Sülh Korpusunun nümayyəndələri çox maraqla dinlədilər və məntiqli suallarını verdilər. Aldıqları cavablardan çox böyük heyrətlə mənmun oldular.
GÜLSAM" ƏRİB-in rəhbəri: Gülnarə SƏLİMOVA
- 3/7/2012 "MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ" üzrə təlim
16-24 iyun tarixində Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ İssık Kulda "MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ" üzrə təlimdə iştirak etmişdir. Təlim Beynəlxalq QHT treninq və resursmərkəzi tərəfindən təşkil olunmuşdur. Təlimdə iştirak ABA CEELİ təşkilatı ilə Əlil Təşkilatları İttifaqının bircə həyata keçirdiyi "İnkluziv ədalət" layihəsi çərçivəsində olmuşdur. Təlimlərin Azərbaycanda keçirilməsi də planlaşdırılmışdır.
- 13/6/2012 Hemofiliyalı xəstələr üçün pilot layihə
- 6/6/2012 Layihənin təqdimatı. “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”
Nəzərinizə çatdırmaq istərdik ki, "World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi ilə birgə 06 İyun, 2012-ci il tarixində “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”adlı layihənin təqdimat mərasimini keçirmişdir.
- 31/5/2012 “Əlilliyi olan insanların sosial hüquqları”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır.
- 11/5/2012 "ƏLİLLİYİ OLAN İNSANLARIN HƏYATINDA MÜSBƏT DƏYİŞİKLİK"
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır.
- 5/5/2012 ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ VII ÜMUMİ YIĞINCAĞI. 05 MAY 2012-Cİ İL. AGSU RAYONU
Press Reliz 05 may 2012 Ağsu rayonu 05 may 2012 –ci il tarixdə Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi Günü Əlil Təşkilatları İttifaqının növbəti Vİİ Ümumi Yığıncağnı keçirilmişdir. Tədbir Ağsu rayonunda “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyində baş tutmuşdur. Yığıncaqda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bir illik fəaliyyət barədə hesabat vermişdir.
- 2/5/2012 "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans
02 may 2012-ci il tarixdə Avropa otelində Amerika Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İnsan Hüquqları İnstitutu, Əlil Təşkilatları İttifaqının təşkilatçilığı ilə "5 may - Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir.
- 21/4/2012 17 Aprel Dünya Hemofiliya Günüdür
17 Aprel Dünya Hemofiliya Günüdür
17 Aprel Dünya Hemofiliya Günü ərəfəsində Türkiyə Hemofiliya Dərnəyi 14-17 Aprel 2012 il İX- cu Türkiyə Hemofiliya Kongresi keçirdi.
- 21/4/2012 “Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi
Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc bildirib ki, aztəminatlı ailələrin, uşaq evlərində, internatlarda yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərinə məskunlaşmış insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də mövcud problemləri hələ də tam aradan qaldırmaq mümkün olmayıb.
- 09/4/2012 "İnkluziv ədalət” regionlarda
Amerika Hüquqşunaslar Assosiasiyası və Respublika Əlil Qadınlar Cəmiyyətinin "İnkluziv ədalət” adlı layihəsi çərçivəsində əlil vətəndaşların hüquqlarının öyrənilməsinə həsr olunan seminar keçirilib.
- 05/04/2012 GÜLƏN ÇOCUQ FESTİVALI
İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. Türkiyə onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyəti qatılıb. (apa)
- 31/3/2012 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 94 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
- 12/03/2012 Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalı keçirilmişdir.
Gənclər və İdman Nazirliyi Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə birlikdə sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə olan dövlət qayğısının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi məqsədilə 12 mart 2012-ci il tarixdə Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin yaradıcılığın aşağıdakı istiqamətləri üzrə II Respublika Yaradıcılıq Festivalı keçirmişdir.