ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 27/12/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Nazir Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında məlumat verib. Nazir bu islahatlar prosesində ictimai iştirakçılığın, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.
- 26/12/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət üzvləri, qeyri-hökumət təşkil atları, millət vəkilləri, sosial tərəfdaşlar, ayrı-ayrı beynəlxalq qurumlar və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
- 22/12/2018 İctimai Şuranın növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
- 20/12/2018 Aztəminatlılara bayram yardımı
Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.
- 19/12/2018 Layihə çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək
Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsinin imzalanması mərasimi keçirilib.
Əmək və əhalinin sosial müdafiəs naziri Sahil Babayev ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsinin,
- 11/12/2018 Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.
11 dekabr 2018-ci il tarixdə, saat 1100-da Sputnik Mətbuat Mərkəzində Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.
Tədbir iştirakçıları konfransdan öncə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarları ziyarət etmiş və məzar önünə gül- çiçək dəstələri qoymuşlar.
- 11/12/2018 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
Dövlətimizin başçısı DOST Agentliyinin Nizamnaməsini, strukturunu, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və mərkəzlərdə xidmət göstərilməsi Qaydasını təsdiq edib.
- 7/12/2018 QHT-lər tərəfindən icra edilən layihələrin monitorinqi
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında QHT-lər tərəfindən icra edilən layihələrin monitorinqini həyata keçirir.
Növbəti etapda monitorinqlər Ağstafa, Gədəbəy, Şəmkir, Ağdaş, Göyçay, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, rayonlarında və Mingəçevir və Şirvan şəhərlərində icra olunan layihələrə baxış kemirilmişdir.
- 6/12/2018 “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində aparılmış tədqiqatın nəticələrinin təqdimatı olub.
- 6/12/2018 Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib
Ölkəmizin ilk rəsmi Ünvan Portalı (www.unvanportali.az) istifadəyə verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 6-da dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə geniş İctimai Təqdimat keçirilib.
- 5/12/2018 Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.
Fəaliyyət planına uyğun olaraq layihə əməkdaşları tərəfindən Xırdalan şəhərində olan “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin göstərilməsi” (İcraçı: İnkluziv cəmiyyət naminə ictimai birliyi) və Qaradağ rayonunun Sahil qəsəbəsində olan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” (İcraçı: “Müşviq adına Qaradağın Əlil Uşaqlarına Yardım” İctimai Birliyi) mərkəzlərində monitorinq aparılmışdır.
- 4/12/2018 "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər"
İsveçrənin Azərbaycandakı səfirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkar Qadınlar Assosiasiyası, BMT-nin qadın fondu və UNDP-nin təşkilatçılığı ilə "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər" mıvzusunda 4 dekabr 2018-ci il tarixdə Park İNN otelində tədbir keçirilmişdir. Tədbirdə Respublikanın müxtəlif yerlərindən sahibkar qadınların istehsal etdikləri məhsulların satış-sərgisi təşkil olunmuşdur.
- 3/12/2018 British Council 3 dekabrla əlaqədar tədbir keçirildi
3 dekabr “Beynəlxalq Əlillər Günü”dür. British Council olaraq biz, hər zaman, hər yerdə əlilliyi olan şəxslərin inkluzivliyinin təmin edilməsində yaranan maneələrdən xəbərdar olmağa və bu maneələrin aradan qaldırılması üçün yollar axtarmağa çalışırıq!
- 4/12/2018 Finlaniyada 100 sosial inovasiya
Finlandiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 29 noyabr 2018-ci il tarixdə Ləndmark otelində Kitabistan nəşr evinin (Şəhriyar Nəcəfzadə) tərcüməsi ilə "Finlandiyada 100 sosial inovasiya" kitabının təqdimatı olmuşdur. Tədbirdə ƏTİ üzvləri Təranə Musayeva, Ramilə Mahmudova, Məhluqə Rəhimova iştirak etmişlər
- 3/12/2018 Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilmişdir.
250 nəfərdən çox şəxsin 1500-dən çox əl işinin nümayiş olunduğu tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da qatılıb.
Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası öz işinə başlayıb.