7. Xüsusi təhsil müəssisələri haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il


"Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"yə dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 9-cu bəndinin on üçüncü abzasına "Əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi təhsil müəssisələrində lazımi tədris-maddi baza və kadr potensialı olduqda, şagirdlərə müvafiq peşələr verilir. Bu müəssisələrdə təhsil müddəti 10 ildir (I-X siniflər)." cümlələri əlavə edilsin.
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 15 mart 2005-ci il

№ 41

 

 

  




Tarix:     udpo.az saytı Geri