"İnkluziv ədalət” regionlarda


Amerika Hüquqşunaslar Assosiasiyası və Respublika Əlil Qadınlar Cəmiyyətinin "İnkluziv ədalət” adlı layihəsi çərçivəsində əlil vətəndaşların hüquqlarının öyrənilməsinə həsr olunan seminar keçirilib. 
SİA-nın xəbərinə görə, tədbirdə bir sıra Qeyri-Hökümət Təşkilatlarının rəsmiləri və təxminən 35 əlil kateqoriyasından olan şəxslər iştirak edib. Seminarın əsas məqsədi fiziki qüsurlu insanların hüquqlarının təbliği və onların maarifləndirilməsi olub. Tədbirdə qanunvericiliyə edilən bəzi dəyişikliklər və yeni dəyişikliklərdən irəli gələn məsələlər diqqət mərkəzində olub. Mütəxəssislərin apardığı araşdırmalara görə, hazırda respublikada əlil olan vətəndaşların bəzilərinin hüququ maarifləndirilməsinə ehtiyac duyulur. Bu baxımdan analoji tədbirlərin təşkili xüsusi önəm daşıyır. Bildirək ki, seminar Gəncədən sonra Qazax rayonunda da təşkil olunub.





Tarix:09/4/2012     udpo.az saytı Geri