ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ VII ÜMUMİ YIĞINCAĞI. 05 MAY 2012-Cİ İL. AGSU RAYONU


  Press Reliz 05 may 2012 Ağsu rayonu 05 may 2012 –ci il tarixdə Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi Günü Əlil Təşkilatları İttifaqının növbəti Vİİ Ümumi Yığıncağnı keçirilmişdir. Tədbir Ağsu rayonunda “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyində baş tutmuşdur. Yığıncaqda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bir illik fəaliyyət barədə hesabat vermişdir. Tədbirdə təşkilatı məsələlərə baxılmışdır, təşkilatın növbəti il üçün tədbirlər planı təsdiqlənmişdir. Təşkilatın işi qənaətbəxş hesab edilmişdir. Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin ictimai – siyasi şöbəsinin əməkdaşı Kənan Hacızadə, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Allahşükür Aslanbəyli, Əlil Təşkilatları rəhbərləri Gülnarə Hüseynova, Səmyar Abdullayev Gülnarə Səlimova, Şəlalə Səlimova, Tariyel Həsənov, Məhluqə Rəhimova, Firuzə Babayeva çıxış etdilər. Eyni zamanda əlillərin qarşılaşdığı problemlər müzakirəyə qoyulmuş və problemlərin həllinə təkliflər edildi. 






Tarix:5/5/2012     udpo.az saytı Geri