Saray 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi


    Saray 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar.  
405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır. 

   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə internat aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. İnternat evində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları fəaliyyət göstərir.

   Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələrinin, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklərin yaradıldığı internat evində dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - de-istitusionallaşdırma məsələsi ilə bağlı işlər görülür və artıq bir çox uşağın doğma ailələrinə qovuşmasına nail olunub. 

   Ünvanı: Abşeron rayonu, Saray qəsəbəsi. 443 10 99.

   Tel: 454 87 25, 454 42 47 






Tarix:     udpo.az saytı Geri