Əlilliyi olan insanların sosial hüquqları

№ 09                                                                                              «20» iyul 2012-ci il

PRESS RELİZ

       Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.

    Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

    Fəaliyyət planına uyğun olaraq 26 iyul 2012-ci il tarixdə Göygöl rayonunda

“Əlilliyi olan insanların sosial hüquqları”

mövzusunda dəyirmi masa keçiriləcəkdir.

   Hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslərin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycanda əlilliyin vəziyyəti, statistikası, əlilliyi olan insanların sosial problemləri və onların həlli yolları haqqında çıxışlar və müzakirələr olacaqdır.

Təşkilat haqqında

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ)  2003-cü ildə 8 əlil təşkilatının təsisçiliyi ilə yaradılmış, 16.04.2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır.

Əsas məqsəd əlil təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq və mənafelərinin müdafiə olunmasıdır.

Hazırda ƏTİ-də 26 təşkilat təmsil olunur.

ƏTİ-nin Qazax və Qəbələ resurs mərkəzləri yaradılmışdır. Üzv təşkilatların Respublikanın əksər rayonlarında şöbələri vardır, üç təşkilat beynəlxalq təşkilatların üzvləridirlər.

ƏTİ “Dünya Əlillər Birliyi” və “Yoxsulluğa Qarşı Qlobal Koalisiyası”nın üzvüdür.

Rəhbərlikdə qadınlar: 60%

Daha ətraflı: www.udpo.az

 Mətbuat xidməti

Tarix:31/7/2012     udpo.az saytı Geri