PRESS RELİZ № 01/025 «05» sentyabr 2012-ci il


             № 01/025                                                                        «05» sentyabr 2012-ci il

 

PRESS RELİZ

 

        Məlumat üçün bildiririk ki, Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Hüquqşünaslar Assosiasiyasının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD) maliyyə dəstəyi ilə “İnkluziv ədalət” layihəsini həyata keşirir. Layihənin müddəti 9 aydır (yanvar-sentyabr 2012-ci il). Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Fəaliyyətlər dəyirmi masa, ictimai görüşlərin keçirilməsi, seminarların təşkili və 5 obyektin (məhkəmə və əlilliyi olan insanların çox istifadə etdikləri sosial binalar) girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılmasından (pandusun quraşdırılmasından) ibarətdir. Qeyd etmək istəyirik ki, Xəzər və Binəqədi rayon məhkəmələrində panduslar quraşdırılmışdır. Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Bakı Dövlət Universitetinin 1 saylı korpusu və Nizami rayon məhkəməsində isə bu işlər görülməkdədir.

      Fəaliyyətlərin yekunu kimi təşkilatımız tərəfindən "Fiziki maneələr və uyğunlaşdırma" mövzusunda dəyirmi masa təşkil olunacaqdır.

      Tədbir 11 sentyabr 2012-ci il tarixdə saat 11.30 – 13.00-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaqdır.

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23

             (Azərbaycan Mətbuat Evinin 6-cı mərtəbəsi)

    

     Sizi məmuniyyətlə həmin tədbirə dəvət edirik.

 

 Hörmətlə,

 
Mətbuat xidməti
 




Tarix:7/9/2012     udpo.az saytı Geri