Azərbaycan Gözdən Əlillər cəmiyyətinin XVI qurultayı


23.10.2012-ci il tarixdə Monolit Plaza otelinin konfrans zalında Azərbaycan Gözdən Əlillər cəmiyyətinin XVI qurultayı keçirilmişdir. Qurultayda AzGəC-in sədri Səmyar Abdullayev 5 illik fəaliyyət barədə hesabat vermişdir. Bundan sonra NTK -nın hesabatı dinlənilmişdir. Hesabat ətrafında çıxışlar olmuş, təkliflər verilmişdir.

Sonra təşkilatı məsələlərə baxılmışdır. S.Abdullayev yenidən AzGƏC-in sədri, 11 nəfərdən ibarət şura, 7 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət NTK seçilmişdir.

Təşkilatın növbəti 5 il üçün tədbirlər planı qəbul olunmuşdur.

Qurultayda hökumət, QHT və KİV nümayəndələri iştirak etmişdir.






Tarix:23/10/2012     udpo.az saytı Geri