13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür


13 noyabr 1745-ci ildə məşhür Fransız pedoqoqu, ğözdən əlilliyi olan şəxslər üçün məktəb və müəssisələrin əsasını qoymuş Valentin Haüynun anadan olan günüdür. Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən 13 noyabr Beynəlxalq gözdən əlillər günü kimi qeyd olunur.

1829-cu ildə Paris milli institunun yetirməsi Lui Brayl gözdən əlilliyi olan insanlar üçün hazırda bütün dünyada geniş yayılmış universal sistemi hazırlamışdır. 12 yaşından başlayaraq buna o, üç il vaxt sərf etmişdir.

Hazırda dünyada 124 milyon, Azərbaycanda isə 35 minə yaxın gözdən əlilliyi şəxslər vardır.

Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən fəaliyyət göstərir.

 




Tarix:13/11/2012     udpo.az saytı Geri