Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətə başlanmasının 10 illiyi və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü


Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətə başlanmasının 10 illiyi və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Ombudsman Aparatında "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər"  mözusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Xanım Elmira Süleymanova açmışdır.  Ombudsmanın 10 ildə gördüyü işlər, insan hüquqları sahəsində vəziyyət,   tədbir iştirakçılarının diqqətinə  çatdırılmışdır. 

Konfransda hökumət, QHT, Beynəlxalq təşkilatlar, səfirliklər, KİV nümayəndələri iştirak etmiş və onların çıxışları dinlənilmişdir. Yekunda Müvəkkilin ənənəvi olaraq keçirtdiyi "Hüquqlar hamı üçün" jurnalist yazıları, "Mən və hüquqlarım " mövzusunda uşaq rəsm müsabiqəsi qalibləri mükafatlandırılmışdır.






Tarix:10/12/2012     udpo.az saytı Geri