Müxtəlif bölgələrdə yeni çoxmənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib


Müxtəlif bölgələrdə yeni çoxmənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib
 
     Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binasının ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi mərasimi olub.
     Eyni zamanda, həmin gün Gəncə şəhərində, Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib, ümumilikdə, 224 minik avtomobili müharibə əlillərinə təqdim edilib.
     Qeyd edək ki, ölkə rəhbərinin müvafiq tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. Əgər 1997-2007-ci illərdə, yəni on il müddətində 2200-ə yaxın mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilmişdisə, son 5 ilə yaxın müddətdə bu rəqəm 5 minə çatdırılmışdır. Başqa sözlə, 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artmışdır. Belə ki, hazırda hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.
     Eyni zamanda, son illərdə çoxmənzilli binaların inşasına xüsusi diqqət yetirilir. Əgər əvvəllərdə əksərən ikimərtəbəli 16 və 4 mərtəbəli 36 mənzilli binalar inşa olunurdusa, son illərdə 9 mərtəbəli 81 mənzilli və 12 mərtəbəli 96 mənzilli binaların inşası da geniş vüsət alır. Hazırda isə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilir. Onu da bildirək ki, bu vaxta qədər 3525 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib.
 




Tarix:25/12/2012     udpo.az saytı Geri