AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ 2012-Cİ İL ÜZRƏ TƏSVİRİ VƏ MALİYYƏ HESABATI


İttifaqın Respublikanın 7 bölgəsi üzrə nümayəndəlikləri təsdiq olunmuşdur. Sumqayıt üzrə “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəziinin rəhbəri Zeynəb Hacıyeva, Gəncə regionu üzrə “Əlil Qadınlar” cəmiyyətinin Gəncə bölgə şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayonu üzrə “GÜLSAM” əlillərin reabilitasiya mərkəzi ictimai birliyinin sədri Gülnarə Səlimova, Salyan üzrə “Azərbaycan Diabet Liqası”nın Salyan rayon nümayəndəliyinin sədri Yaqub İsmayılov, Şəki rayonu üzrə “Şəki Əlillərə Qayğı” ictimai birliyinin sədri Güləndam Alxasova, Qəbələ rayonu üzrə “Əlillərə Dəstək” ictimai birliyinin sədri Yaşar  Hümbətov, Qazax rayonu üzrə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” cəmiyyətinin Qazax şöbəsinin sədri Ayət Hüseynov seçilmişlər.

     “Autizm” Deffektoloji və psixoloji yardım mərkəzi və “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəzi İttifaqa üzv seçilmişlər. Hazırda 31 təşkilat ƏTİ-nin üzvüdür.

 

Layihələr

 

VIII. “İnkluziv Ədalət” USAİD ABA CEELİ

 

Məqsəd və vəzifələr

Əlil təşkilatlarının bacarıqlarının artırılmasına dəstək

Müyəssər mühitin yaradılması

Nəticələr:

  1. Əlil təşkilatlarının nümayəndələri üçün “Strateji planlaşdırma”, “Layihələrin tərtibi və idarə olunması”, “Komandada işləmək bacarıqları” mövzularında 7 təlim keçirilmiş, bu təlimlərdə 124 nəfər iştirak etmişdir, bölğələrdə ictimai görüşlər təşkil olunmuş (hər görüşdə orta hesabla 47 iştirakçı), 3 nəfər nümayəndə 7 gün müddətində İssıkkulda “Monitorinq və qiymətləndirmə” mövzusunda beynəlxalq təlimdə iştirak olunmuşdur. Sonra iştirakçılar tərəfindən Bakıda və Sumqayıtda həmin mövzuda 2 təlim keçirilmişdir. Təlimlərdə 28 nəfər iştirak etmişdir. Təşkilat üçün strateji planın tutulmasına dəstək olunmuşdur. (təlimat və təcrübələr)
  2. 3 məhkəmə, bir sosial xidmət obyektinin girişi əlil arabalarının hərəkəti üçün uyğunlaşdırılmışdır. (ramplar quraşdırılmışdır)

Layihənin davamlılığının təmini: 5 təşkilata layihələrin hazırlanması üzrə təlimat verilmişdir, 1 obyektdə ramp quraşdırılmışdır, 2014-cü ilin Dövlət proqramına təklif verilmişdir.

 

IX. Əlilliyi olan insanların həyatında müsbət dəyişikliklər.  World Vision Beynəlxalq hümanitar təşkilatı

Məqsəd və vəzifələr:

Layihənin ilk etapı üzrə donora hesabat təqdim olunmuş, beynəlxalq ekspertlər tərəfindən audit həyata keçirilmişdir. Hazırda layihənin ikinci etapı yerinə yetirilir.

 

X. Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması.

Məqsəd və vəzifələr:

Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması.

Standart qaydaların qanunvericilik bazasına daxil edilməsi

İlkin nəticələr: Qaydaların ilkin variant hazırlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitələrindən müsbət rəy alınmışdır. Sənəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmaq üçün hazırlanır.

Layihənin davamlılığının təmini: Bərabər imkanların yaradılması ilə əlaqədar qanunvericilik təklifləri ilə bərabər bunun üçün material və avadanlıqların yerli istehsalının təşkili üçün hökumət və beynəlxalq təşkilatlara təkliflər hazırlanmışdır. Bu ideya hökumət tərəfindən dəstəklənir.

 

Təmsilçilik

 

İttifaq üzv olduğu təşkilatlarda: Dünya Əlillər Birliyi, Yoxsulluğa Qarşı Qlobal çağırış,

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Konvensiya üzrə işçi qrupu, Ombudsmanın yanında müstəqil ekspertlər qrupu” , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində:

komissiya”larında təmsilçilik missiyasını üğurla davam etdirmişdir. 

 

Qanunlara təkliflər

 

BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında”Konvensiya və Əlavə protokolun ratifikasıyası ilə əlaqədar milli hüquqi-normativ sənədlərdə dəyişikliklərin olunması istiqamətində fəaliyyətlər davam etdirilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, UNİCEF, milli QHT-lərlə birlikdə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Milli qanunda dəyişikliyin olunması ilə əlaqədar 38 bənddən ibarət təklif paketi hazırlanmış və müvafiq icra hakimiyyəti və qanunverici orqana təqdim olunmuşdur. “Əlilliyi  olan və hərəkət imkanları məhdud şəxslərə bərabər imkanların yaradılması Qaydaları”  işlənərək hökumətin təsdiqinə verilmişdir.

 

Nəşrlər

Əlilliyin müxtəlif sahələrini əhatə edən 3 adda 1500 hüsxə kitab, 1500 buklet, 500 disk nəşr olunmuş və paylanmışdır.

 

Dəyirmi masa, konfranslar.

Bu qism 7 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 410 iştirakçı olmuşdur.

 

Sərgilər

2 sərgi təşkil olunmuş, 5 sərgidə əlilliyi olan şəxslərin iştirakı təmin olunmuşdur.

 

Təlimlər

Bacarıqların inkişafı ilə əlaqədar 3 təlim həyata kekirilmiş və təşkilat nümayəndələrinin iştirakı təmin olunmuşdur.

“Monitorinq və qiymətləndirmə” mövzusunda bir beynəlxalq təlimdə iştirak olunmuşdur.

 

Xidmətlər

705 nəfər  əlilliyi olan şəxslərə və ya onların təşkilatlarına hüquqi və konsultativ (məlumat)  xarakterli yardımlar gösdərilir.

5 təşkilatın girişində  əlil arabasının hərəkəti üçün ramplar quraşdırılmışdır.  7 nəfərin işlə, 11 nəfərin əlil arabaları və digər vasitələrlə təmin olunmasına  köməklik olunmuşdur.

 

Nizamnamə tələbləri

Nizamnaməyə uyğun olaraq 1 dəfə illik ümumi yığıncaq, 12 idarə heyətinin iclasları keçirilmişdir. Mövcud qanunlara uyğun olaraq müvafiq orqanlara fəaliyyətlər barədə məlumat və hesabatlar təqdim olunmuşdur.

 

 






Tarix:02/02/2013     udpo.az saytı Geri