2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günüdür.


2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günüdür.

     2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62/139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur.

      XXI əsrin psixoloji problemi olan “Autizm” qlobal olaraq ölkəmizdə də həlli vacib problem sayılır. 02.04.2013-cü il tarixdə “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyində bu münasibətlə tədbir təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə mərkəzin sədri Çiçək xanım MƏMMƏDLI açmışdır. O, tədbir iştirakçılarını salamlamış, autism haqqında və təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. İştirakçılara “Autizm” mərkəzinin eyniadlı qəzeti, broşura və bukletlər paylanmışdır. Təşkilatın rəhbəri qeyd etmişdir ki, bu nəşrlər Respublikada geniş yayımlanır.

     UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin xanımı Çankua Herevard, TİSA Valideynlər Şurasının nümayəndəsi xanım Hande Apaydın və müxtəlif ölkələrin səfirlərinin xanımları tərəfindən mərkəzdə qeydiyyatda olan uşaqlara hədiyyələr verilmişdir.

     Tədbirdə Ombudsmanın əlillərin hüquqları üzrə xüsusi müşaviri Müqalib MAHMUDOV, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ bu sahədə görülən və nəzərdə tutulan işlər barədə məlumat vermişlər.

 




Tarix:2/4/2013     udpo.az saytı Geri