“Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir” layihəsi


“Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir”
layihəsinin icrasına başladı.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə həyata keçirdiyi “Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır. Eyni zamanda layihənin dəstəyi ilə əlilliyi olan gənclərin potensial imkanlarının araşdırılması və müxtəlif yaradıcılq sahələri üzürə peşə-təlim kurslarının təşkil edilməsidir. Bu proqram “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri olan, əlil insanlar arasında işsizliyin azaldılması və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək məqsədi ilə həyata keçirir. Mütəxəsislər tərəfindən iştirakçılara təşkil olunan kursların mahiyyəti, gənc əlillərin sahibkarlıq bacarığının inkişafında rolu, biznesin təşkili və onlardan faydalanma imkanları açıqlanacaqdır. Layihə 4 ay müddətində 5 regonda: Gürcrstan respublikası Marnaul şəhəri, Qazax, Gəncə, Göy – Göl, Sumqayıt, şəhərlərdə həyata keçiriləcəkdir.

Firuzə BABAYEVA
Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU)
cəmiyyətinin icraçı direktoru,

layihənin koordinatoru 






Tarix:9/4/2013     udpo.az saytı Geri