24 aprel 2013-cü il tarixdə Lənkəran şəhərində “Hamı üçün bərabər imkanlar - “Əlilliyi olan insanların təhsil hüquqları” mövzusunda dəyirmi masa keçirilmişdir.


         

 

№ 03                                                                                              «24» aprel 2013-cü il

            

 

PRESS RELİZ

 

       Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini həyata keçirir. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Eyni zamanda fəaliyyətlərin dəstəklənməsi üçün əlilliyi olan şəxslərin birləşdikləri təşkilatlar və fəaliyyətində əlillik məsələlərinə diqqət verən gənclər təşkilatları tərəfindən “Hamı üçün bərabər imkanlar” koalisiyası yaradılmışdır. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir. Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

    Fəaliyyət planına uyğun olaraq 24 aprel 2013-cü il tarixdə Lənkəran şəhərində

 

“Hamı üçün bərabər imkanlar - “Əlilliyi olan insanların təhsil hüquqları”

mövzusunda dəyirmi masa keçirilmişdir.

 

   Hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə əlilliyin vəziyyəti, statistikası, əlilliyi olan insanların sosial problemləri və onların həlli yolları haqqında çıxışlar və müzakirələr olmuşdur.

 

      Tədbiri giriş sözü ilə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açmış, layihə və tədbir haqqında məlumat vermişdir.

Tədbirdə "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının layihə direktoru Vüqar Əhmədov, Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndəsi, Ombudsman aparatının Cəlilabad Regional Mərkəzinin, Rayon Təhsil, Gənclər və İdman, Sosial Xidmət Mərkəzi, Sosial Müdafiə Fondunun nümayəndələri, QHT rəhbərləri, əlilliyi olan şəxslər çıxış etmiş, müzakirələr aparılmış, rəy və təkliflər verilmişdir.                                 

                             

Təşkilat haqqında

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ)  2003-cü ildə 8 əlil təşkilatının təsisçiliyi ilə yaradılmış, 16.04.2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır.

Əsas məqsəd əlil təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq və mənafelərinin müdafiə olunmasıdır.

Hazırda ƏTİ-də 31 təşkilat təmsil olunur.

ƏTİ-nin Qazax və Qəbələ resurs mərkəzləri yaradılmışdır. Üzv təşkilatların Respublikanın əksər rayonlarında şöbələri vardır, üç təşkilat beynəlxalq təşkilatların üzvləridirlər.

ƏTİ “Dünya Əlillər Birliyi” və “Yoxsulluğa Qarşı Qlobal Koalisiyası”nın üzvüdür.

Rəhbərlikdə qadınlar: 60%

Daha ətraflı: www.udpo.az

 Mətbuat xidməti

 




Tarix:25/4/2013     udpo.az saytı Geri