Əlil Qadınlar cəmiyyətinin Gəncə şəhərində “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kampaniyalar” layihəsi


Əlil Qadınlar cəmiyyətinin Gəncə şəhərində
“Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kampaniyalar” layihəsi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublika Əlil Qadınlar cəmiyyətinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kampaniyalar” layihəsinə start verib. Layihədə əsas məqsəd məişət zorakılığının əsaslı, insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirimənin aparılmasıdır. Tədbirdə çıxış edənlər Azərbaycanda əlil qadın və qızların zorakılığa məruz qalmasından söz açaraq, bunun üçün Bakı, Sumqayıt, Gəncə, Qazax və Ağstafada psixoloji mərkəzlərin yaradacaqlarını bildiriblər. Qeyd edək ki, Respublika Əlil Qadınlar Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmətin göstərilməsi üçün akkreditasiya olunub.






Tarix:19/5/2014     udpo.az saytı Geri