Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü


 

Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü

Azərbaycanda  “Türkiyə-Azərbaycan Əlillərinin Dostluq günü” simpoziumu keçirilmişdir. Bu məqsədlə Türkiyədən olan millət vəkilləri Nimet Baş, Tulay Kaynarca, Gülay Dalya, Nurdan Şanlı, “Beyazay” Dərnəyinin sədri Lokman Ayva və Dərnəyin digər əməkdaşları ölkəmizdə səfərdə olmuşlar. Qonaqlar Milli Məclisin Sosial Siyasət Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüçlər keçirtmişlər. Görüşlərdə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinsaiya Agentliyinin (TİKA) nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin, Azərbaycandan müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Qonaqlar Azərbaycanda əlillik sahəsində görülən işlərlər haqqında məlumatlandırılmışlar. İki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən sosial müdafiə sahəsində əməkdaşlığın uğurla davam etdirilməsi məmnunluqla qeyd olunmuşdur.

Bakı Biznes Mərkəzində keçirilən simpoziumda Türkiyədən gəlmiş nümayəndə heyətinin tərkibinə daxil olan TBMM –nin deputatları, İstanbul Böyükşəhər Bələdiyyəsi Əlillər Mərkəzinin müdiri Bekir Köksal, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, TİKA-nın Azərbaycan koordinatoru Mustafa Haşim Polat, Türkiyənin sabiq təhsil naziri Nimet Baş, Azərbaycanın Milli Məclisinin deputatları Hadi Rəcəbli, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədov, həmin nazirliyin Dövlət Sosial Xidməti İdarəsinin rəisi Çinciz Əliyev, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim və müavini Salman Əliyev, Azərbaycandan  olan əlil təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Simpozium çərçivəsində “Cəmiyyət və əlillərin inteqrasiyası” və “Təhsil ilə maneələrin aşılması” mövzusunda panellər təşkil olunub. Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Azərbaycan Gözdən Əlillər cəmiyyətinin sədri Səmyar Abdullayev, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin eksperti Bəybala İbadullayevin təqdimatları olmuşdur. Əməkdaşlığın genişləndirilməsi və gələcəkdə belə tədbirlərin türkdilli ölkələrin iştirakı ilə keçirilməsi vurğulanmışdır.

 

 




Tarix:1/12/2014     udpo.az saytı Geri