27 avqust – 21 sentyabr 2018 – ci il tarixdə İsveçrənin paytaxtı Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası olmuşdur.


BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası

 

      27 avqust – 21 sentyabr 2018 – ci il tarixdə İsveçrənin paytaxtı Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası olmuşdur. Sessiyada Cənubi Afrika, Aljir, Bolqarıstan, Polşa, Makedoniya, Malta, Filippin ölkələri üzrə hesabatlar dinlənilmişdir.

       Avstriya, Azərbaycan, Germaniya, Monqolustan və Şveçariya üzrə isə sadələşdirilmiş formada  hesabatlar dinlənilmişdir. Komitənin iclasında Azərbaycandan hesabatı Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən hazırlanmış hesabatı ƏTİ-nin prezidenti Davud Rəhimli və Mirzə Məhəmməd Vəliyev təqdim etmişlər. Təqdimatdan sonara müxtəlif ölkələrdən olan Komitə üzvlərinin çoxsaylı sualları cavablandırılmışdır.

      Sessiya zamanı BMT-nin müxtəlif bölmələrinin nümayəndələri ilə ayrıca görüşlər olmuşdur.

 






Tarix:21/09/2018     udpo.az saytı Geri